Boşanmanın qarşısını necə almaq OLAR?
Həyatın ən şirin anlarından biri - toy günüdür. Ancaq çox təəsüf ki, cavanların bir çoxu bu şirinliyi boşanmanın acısına çevirirlər.
Çox təəsüf ki, boşanma mövzusu bu gün cəmiyyətdə böyük bir problemə çevirlmişdir. Statistika göstərir ki, boşanmanın səviyyəsi artmışdır. Bəzi rəqəmlərə görə, 3 nikahdan biri boşanmayla sonlanır.
Psixoloqlar bu fikirdədir ki, boşanma ancaq qadınla kişinin rabitəsini qət etmir, bəlkə o, bütün ailə üzvlərinə, qohumlara təsir edir.
Boşanmanın səbəbləri çox olar bilər: psixoloji, iqtisadi, ictimai və şəxsi. Ancaq hər şeydən əvvəl bu psixoloji amillə bağlı olan bir məsələdir. Çünki eyni ictimai şəraitdə olan cütlərin hamısı boşanmır.
Ona görə də boşanmaq üçün ruhiyyə olmalıdır ki, boşanma baş versin. Bu cür ruhiyyənin qarşısını alıb, onu müalicə etmək lazımdır.
Boşanma yolunu bağlayan 5 xüsusiyyət.
1. Tənqid götürmək. Uşaqlarımızı lap kiçik yaşlarından tənqidi qəbul etməyə alışdırmalıyıq. İnsanın tənqidə müqavimət göstərməsi təbiidir, bu, onun xislətində olan bir xüsusiyyətdir. Tənqidi kimdən və nə üçün qəbul etməli olduğumuza baxmalıyıq. Hər bir insanın zəif və güclü xüsusiyyəti vardır. Hər kim öz zəiflərini bilir və onu etiraf edirsə, o, tərifə layiq bir insandır. Ailədə hər 2 tərəf tənqidi qəbul etməyi bacarmalıdır.
2. Sağlam ruhiyyə. Hər sözə görə həyəcanlanmamaq və hər rəftara reaksiya verməmək sağlam ruhiyyədən irəli gələr. Hər bir ani düşünülməmiş rəftar insanların rabitələri üçün zərərlidir. O kəslər ki, tez bir zamanda həyəcanlanırlar, sağlam rabitə qura bilməzlər. Ya da bir xoş xəbər eşidən zaman o qədər şövqə gəlirlər ki, mötədilliklərini əldən verirlər. Bir qəmli xəbər eşidən zaman o qədər qəmgin olurlar ki, cisminə və ruhuna hər bir ziyan dəyə bilər. Boşanmaların bir çoxu həmin ani həyəcanlara görə olur.
3. Büluğ təlimi. Evlilik cismi büluğla yanaşı, ruhi büluğla da bir yerdə olmalıdır. Bunun üçün bəzi məsələlər tədqiq edilir:
a). Qarşı tərəfə uyğunlaşmaq. Hər bir müvəffəqiyyətli evlilik tərəflərin bir-birinə uyğunlaşmasına görə uzun ömürlü olmuşdur. Bu məsələ hər nə qədər çox irəliləyərsə, evlilik daha müvəffəqiyyətli olar.
b). İllüziyalardan uzaq olmaq. Evliliyi uzun arzular üzərində qurmaq olmaz. Əksinə həqiqəti qəbul edib, qarşısnda təmkinli olmaq lazımdır. İnsanı eybsiz təsəvvür etmək lazım deyildir. Hər bir insanın zəif cəhətləri vardır. Məsələn, ola bilər ki, cütlərdən biri daha çox həyəcanlı olsun. Ancaq eyni zamanda çox mehriban olsun. Biz insanlar çox zaman insanların müsbətlərini görməyi xoşlayırıq. Ancaq hər bir müsbət xüsusiyyətin qarşısında bir mənfi xüsusiyyət də dura bilər. Müsbəti qəbul etdiyimiz kimi, mənfiləri də qəbul etməyə çalışmalıyıq. Ailələr uşaqlarına da bunu öyrətməlidir. Ona görə də illuziyaların ardınca getmək zərərlidir.
4. Tələsməmək. Çalışmaq lazımdır ki, ailədə boşanmaq haqqında heç söz düşməsin və əgər düşübsə, tələsmək lazım deyildir. Çünki insan elə bir varlıqdır ki, səhvlərini düzəltməyə qadirdir.
5. Laqeyd olmamaq. Bunu düşünmək lazımdır ki, hər bir insan xata və səhv edə bilər. Bunu da qəbul etmək lazımdır ki, bizim də səhvimiz az deyildir. Onu təkrar etməyə imkanımız da vardır. Ona görə də qarşı tərəfin səhvini şişirtməyə ehtiyac yoxdur. Bu cümləni həmişə xatırlamalıyıq: “Əgər pisliyə pisliklə cavab versək, pislik nə zaman aradan gedərəcəkdir?”. Biz özümüzün eybli olduğumuzu qəbul edəriksə, ola bilsin ki, bir daha səhv etməyək. Bir güzəşt etməklə başqa çox sayda probelmləri aradan qaldırmış olarıq. Öz mənfi reaksiyamızla qarşı tərəfi qəzəbləndirmək yerinə odun üzərinə su tökməyə çalışaq.
(Tebyan/ Deyerler.org)