Aİlədə davamlı münasİbətlər üçün nə etməlİ?


Elə bir ər-arvad yoxdur ki, tamamilə bir-birinə uyğun gəlsin. Mühüm odur ki, onlar bir-birinə yaxınlaşmaq üçün addım atsınlar.

Həyat yoldaşı ilə səmimi, məntiqli və yaxşı münasibətdə olmaq üçün bunu ancaq arzulamaq kifayət deyildir. Əslində bu münasibətlərə çatmaq üçün çalışmaq lazımdır.

Bəzən tərəflərdən biri güzəşt etməyi bacarmalıdır. Sizin üçün ilk sırada ailə durmalıdır. Yaddan çıxartmayın ki, siz müqəddəs bir hədəf üçün səy edirsiniz, ona görə də bu yolda yorulmayın.

Tərif, bəzən işə yarayır.

Biz insanlar bəzi vaxtlar istəyirik ki, bizi tərifləsinlər. Cütlüklər ailə quran zaman ailələri onları tərifləyir və üstün cəhətlərini söyləyirlər. Ancaq hər bir insan istəyir ki, həmişə özü ilə fəxr

etsin. Bu hissi təmin etmək üçün tərifləmək mühüm amillərdəndir. Ancaq bu sahədə ifrat etmək olmaz. Yaxşı olar ki, onu yerində və ifrat etmədən edəsiniz.

Məsələləri vaxtında həll edin.

Əgər kiçik inciklikləri vaxtında həll etməsiniz, tədricən müştərək həyatınıza mənfi təsir qoyacaqdır. Sevincli bir ailə həyatına malik olmaq üçün həyat yoldaşınızla daha təsirli bir rabitə qurmalısınız.

Nifrətin bu rabitəyə yol tapmasına imkan verməyin. Düzdür, insan həmişə xırda inciklikləri həll edə bilməz. Ancaq söhbət əsnasında o mövzuya qısa şəkildə toxunub onu həll edə bilər. Həmişə hər iki tərəf üçün həll yolu tapılar.

Özünüzü yersiz müdafiə etməyin.

Kimsə sizin əleyhinizə şikayət etsə, təbiidir ki, siz özünüzü müdafiə edəcəksiniz. Bu zaman sizə hücum edildiyini hiss edərsiniz. Ancaq bu rəftar ailə münasibətlərində bəyənilməyən bir əməldir. Əgər həyat yoldaşınızı tənqid etmək istəyirsiniz, bunu soyuqqanlıqla edin. Əgər sizə edilən şikayətə mənfi reaksiya verərsəniz, nəinki mübahisə edəcək, bəlkə həyat yoldaşınızı ümidsiz edəcəksiniz. Ona görə də səhv işlədən zaman tənqidi qəbul etməyi bacarın.

Pis adətlərinizi azaldın.

Şübhəsiz ki, hər bir insanın bir çox adətləri vardır ki, heç də yaxşı hesab edilmir. Bir növ həyatını təhlükəyə atır. Əgər yeni həyata başlamısınızsa, o zaman bu pis adətləri azaltmağa çalışın. Məsələn: siqaret çəkmək, səliqəsiz olmaq, söyüş söymək və sair kimi. Əgər bu pis adətləri aradan qaldırmğa çalışsanız, həyatınızda dəyişiklik baş verəcəkdir. Əgər bacarmırsınızsa, ən azı onu azaltmağa çalışın.

Məsələn, gün ərzində əgər 20 ədəd siqaret çəkirsinizsə, hər gün birini azaldın. Çünki bir dəfəyə bu işi görmək çətin olar. Bu elə adətlərdir ki, başqaları buna görə səbir edir və sizə dözməyə məcburdur. Əgər bu yolda addım atsanız, həyat yoldaşınız sizə yardım edəcəkdir.

Fərqli olduğunuzu qəbul edin.

Heç bir cütlük tamamilə bir-birinə uyğun gələ bilməz. Ərlə arvad bəzən elə məsələlərə görə münaqişə edirlər ki, bu münaqişələrə hər iki tərəf müxtəlif cür yanaşır. Münaqişə edən zaman həyat təcrübəsi və nəzərlərin fərqli olduğu meydana çıxır. Mühüm odur ki, bu məsələlərə məntiqli yanaşaq. Əgər fərqli olduğumuzu qəbul edəriksə, həyat yolumuzu düz tərəfə istiqamətləndirmiş olarıq. Bu zaman münasibələrimiz daha davamlı və uzun müddətli olar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter