Qİblənİn dəyİşmə fəlsəfəsİ Nə İdİ?


Qiblənin dəyişmə fəlsəfəsi ilə bağlı çoxsaylı təhlillər aparılmışdır. Bə’zilərinin fikrincə, Beytül-Müqəddəsin ilk qiblə seçilməsində məqsəd yəhudilərin diqqətinin cəlb olunması və onlarla yaxınlıq olmuşdur. Müsəlmanlar qüdrətə çatdıqdan sonra artıq bu yaxınlığa ehtiyac duyulmamışdır. Bir başqaları belə zənn edirdilər ki, qiblənin dəyişmə fəlsəfəsi Məkkə və vətənə məhəbbət olmuşdur. Amma hər iki təhlil həqiqətin ziddinədir.
Uyğun məsələ ilə bağlı Qur’an bildirir ki, qilbənin dəyişməsi ilahi sınaq idi. Bu yolla həzrət peyğəmbərin həqiqi ardıcılları bilinəsi idi. Çünki xalis imanı olmayanlar kiçik bir dəyişikliyi böyüdərək nə üçün-niyəyə başlayırlar. Onlar dalbadal suallar yağdırır, nə üçün belə oldu, əvvəlki əməllərimiz necə olacaq, əvvəlki düz idisə, indiki nədir, indiki düzdürsə, əvvəlki nə idi - deyə soruşurlar. Allah Onun əmrinə təslim olanlara müjdə verir ki, əvvəlki əməlləriniz də əmrə əsaslandığından puça çıxası deyil.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter