Cəhənnəm əhlİnİn sİması necədİr?


Cəhənnəm nədir? Cəhənnəm - yəni fürsətlərin yandığı yer. O kəslər ki, fürsəti əldən veriblər, onlar ki, öz insanlıq memarlığına düzgün nəzər salmayıblar, özlərini düzgün tanımayıblar, özlərindən düzgün istifadə etməyiblər - bunlar cəhənnəm əhli olarlar.
Quran buyurur: “(Küfr və zülm başçılarına) tabe olanlar deyərlər: «Kaş bizim üçün (dünyaya) bir qayıtmaq (imkanı) olaydı və onlar bizdən uzaqlaşdıqları kimi, biz də onlardan uzaqlaşaydıq». Allah onların (dünya) əməllərini bu cür həsrət amilləri kimi onlara göstərər. Onlar Cəhənnəm odundan əsla çıxan deyildirlər”. (“Bəqərə” 167).
Burada adı çəkilən həsrət nəyə görədir? İnsanın əldən verdiklərinə görədir. İnsan əldən verdiklərinə görə həsrət çəkər. Əldən verdiyi fürsətlərin həsrətini çəkər.
Ancaq o kəslər ki, Qiyamətə inanır, bu fürsətləri əldən verməzlər. Onlar özlərinə fürsət yaradarlar, ondan lazımi səviyyədə bəhrələnərlər. Onlar Qiyaməti təsdiq edənlərdir.
Qiyamət zarafat deyildir. Əgər insan bu məsələnin dərinliyinə varsa, onun necə ciddi olduğunu dərk edər. Qiyamət indi də mövcuddur və biz ona tərəf getməkdəyik. Ancaq bizim bəsirətimiz bağlı olduğu üçün, onu görmürük.
Əgər insan bu dünyaya hansısa vəzifəni yerinə yetirən bir məmur kimi gəldiyini bilsə, həyata baxışı da fərqli olar. Əgər qəlbində bu məsələyə inanmasa, şəhvətini kontrol edə bilməz. Qəzəbini yatızdıra bilməz, istəklərinin qarşısını ala bilməz.
Quran ayələrindən görünür ki, cəhənnəmdə sakin olanlar bəzi xüsusiyətlərlə malikdirlər. Onların bu sifətlərini dəqiq təsvir etmək mümkün olmasa da, vəziyyətlərindən xəbərdar olmaq olur. Bu xüsusiyyətlərdən bəziləri ibarətdir:
1. Cəhənnəm əhlinin bütün bədəni, o cümlədən sifətləri cəhənnəmi alovlandırmaq üçün odundur. Buna aid ayələr: “Və əgər (belə bir işi) etməsəniz - heç vaxt edə bilməyəcəksiniz də - onda, kafirlər üçün hazırlanmış və yanacağı insanlar və daşlar olan oddan çəkinin”. (“Bəqərə” 24). Eləcə də “Təhrim” 6, “Ali-imran” 1.
2. Onların atəşdən örtükləri vardır ki, bütün bədənlərini bürümüşdür. Bundan başqa üzərlərinə yanar mayə tökərlər. “Beləliklə küfr etmiş kəslər üçün oddan libaslar kəsilmişdir və (Cəhənnəmdə) onların başlarına qaynar su töküləcəkdir”.(“Həcc” 19).
3. Təsəvvür etmək lazım deyildir ki, onlar atəşdə çox qaldıqları üçün ona öyrəniblər və atəş bir daha onlara zərər vurmur. “Od(un şölələri) şiddətlə üzlərinə çırpılar və onlar orada qaşqabaqlı və xar olarlar və dodaqları yandığı üçün dişləri görünər”. (“Muminun” 104). Onların alınlarına, böyürlərinə, arxalarına haram yolla mal əldə etdikləri üçün damğa vurular. Onun təsiri üzlərindən hiss olunar. “O gün ki, onlar (həmin qızıl-gümüş) Cəhənnəm odunda qızardılacaq və onlarla həmin şəxslərin alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (onlara): «Bu, özünüz üçün yığdığınız həmin xəzinələrdir, odur ki, dadın yığdıqlarınızın cəzasını!» (deyiləcəkdir)”. (“Tövbə” 35).
4. Cəhənnəm əhlinin bədən quruluşu dünyada olduğu kimi deyildir. Belə ki, dünyada olan zaman bədən bir dəfə yanmaqla yox olur, ancaq cəhənnəmdə belə deyildir. Yanan bədən yenidən təzələnir və bütün bədənləri tikə-tikə olsalar da, yenə də onlar tamamilə məhv olmurlar. Bu da cəhənnəm əhlini təngə gətirmişdir və onlar hər an ölmələrini istəyirlər. “(Məgər bunlar) odda əbədi qalacaq və bağırsaqlarını parçalayan su içirdiləcək kəslər kimidirlər?!” (“Muhəmməd” 15). “Kafir olanlar üçün Cəhənnəm odu vardır. (Orada) nə onların ölümünə hökm olunar ki, ölsünlər və nə də əzabları yüngülləşdirilər. (Bəli,) Biz hər bir kafir və nankora beləcə cəza verəcəyik”.(“Fatir” 36).
5. Cəhənnəm əhlinin simasını nə dostları və nə də tanışları tanıyarlar. Bir-birini görən zaman təəccüb edərlər. “Budur (təqvalıların vəziyyəti və yerləri)! Azğınlar üçün (isə) mütləq pis dönüş və ən pis dönüş yeri vardır. Daxil olacaqları və hərarətini dadacaqları cəhənnəm! (Ora) pis məskəndir! Bu, onların dadmalı olduqları qaynar və (yandırıcı) çirkab (cəhənnəm) su(yu)dur. Və o cinsdən olan müxtəlif əzablar və digər yeməklər (var ki, onları dadmalıdırlar). (Davamçıları cəhənnəm oduna daxil olan zaman azğınlıq alimlərinə və zülmkar başçılara belə deyiləcək:) «Bunlar (dünyada sizə tabe olan və indi) sizinlə birlikdə məcburi şəkildə oda daxil olan bir dəstədirlər». (Onlar deyəcəklər:) «Xoşluq və rahatlıq görməsinlər! Çünki onlar da oda daxil olan və onu dadanlardır». (Onlara tabe olanlar da öz başçılarına) deyərlər: «Əksinə, siz xoşluq görməyəsiniz! (Çünki) bu odu bizim qarşımıza siz çıxardınız. (Ora) pis yerdir». (Həmçinin deyərlər:) Ey Rəbbimiz! Bunu (bu vəziyyəti) bizim qarşımıza çıxaran kəsin oddakı əzabını (özlərinin və bizi azdırmalarının əzabı olaraq) ikiqat artır!”. (“Sad” 55-61). “(Onlara üz tutaraq soruşarlar:) «Sizi Cəhənnəmə daxil edən nədir?» Deyərlər: «Biz namaz qılanlardan deyildik. Fəqirə və yoxsula təam verməzdik. Batil əhli ilə birlikdə (bihudə işlərə və söhbətlərə) dalardıq. Cəza gününü təkzib və inkar edərdik. Ölüm bizi yaxalayana qədər». (“Muddəssir” 42-47).
Allahım! Cəhənnəmi bizlərə haram et və bizləri cəhənnəm odundan qoru!
/Tebyan/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter