Cİnlərİn peyğəmbərİ də İnsandırmı?
Cinlər də Alahın xəlq etdikləri varlıqlardır. Onlar insandan əvvəl xəlq olunmuşdular. Onlar atəşdən xəlq edilmişdilər, cinlər də insan kimi həyata və ölümə, qiyamətə malik olan varlıqlardır. Onlar da dişi və erkəkə malikdirlər, evlənir və övlad sahibi olurlar.
Onların da insanlar kimi şüuru və təfəkkürü vardır. Bəşərin edə bilməyəcəyi bəzi işlərə görməyə qadirdirlər. Möminləri və kafirləri olur.
“Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam”. (“Zariyat” 56).
«Bizdən bir dəstə (Allahın əmrinə) təslim olanlar və bir dəstə də haqdan dönənlərdir. Təslim olanlar təkamül və hidayət axtarıb tapanlardır». (“Cinn” 14).
Quran ayələrindən belə başa düşmək olur ki, onların da İslam Peyğəmbərindən (s) savayı peyğəmbərləri yoxdur. İbni Abbas nəql edir: “Peyğəmbər (s) sübh namazını qılırdı. Orada Quran tilavət edirdi və bu ayələri deyirdi ki, bir qrup cinlər Quranın səsini eşidirlər və öz qəbiləsinə qayıdıb, onları İslama dəvət edirlər. Quran nəql edir ki, onlar deyirlər ki, bu Quran hamını düz yola hidayət edir, ona görə də biz də ona iman gətirdik. Heç bir zaman heç nəyi Allahımıza şərik qoşmayacağıq”. Bu hədisdən görmək olur ki, cinlər də insanlar kimi Qurana və İslam Peyğəmbərinə (s) iman gətirmişdilər.
Əllamə Təbatəbai bəhslərin birində buyurmuşdu: “Cinlərin Peyğəmbərə (s) beyət etməsi elə bir mövzudur ki, Allah onu təsdiq etmişdir”.
Alim bu ayə haqqında buyurur: “«Ey bizim qövmümüz! Allahın dəvətçisini (İslam Peyğəmbərini) qəbul edin və ona iman gətirin ki, Allah bəzi günahlarınızı (İslamdan qabaq Allahın qanunlarına qarşı çıxmağınızı) bağışlasın və (axirətdə) sizə ağrılı əzabdan sığınacaq versin». (“Əhqaf” 31). Bu şərəfli ayədən görünür ki, cin Həzrət Musaya (ə) iman gətirmişdi. Kitabını qəbul etmişdi”.
Təfsiri nümunədən belə görünür ki, onlar əvvəlki peyğəmbərlərə də iman gətirmişdilər ki, onlardan biri də Həzrət Musa (ə) idi. Beləliklə deyə bilərik ki, cinlərin də peyğəmbəri biz insanların peyğəmbərləridir.