Hər bİr İnsanın üstünlük meyarı nədİr?


“(Mal-dövlət, rütbə və övlad) çoxluğ(u) ilə öyünmək və (onları) çoxaltmaqda bir-birinizlə yarışa girmək sizi (Allahın zikrindən) yayındırdı”. (“Təkasur” 1).
Çox təəsüf ki, bu günün hay-küylü ictimai həyatında bu ayəni çox adam eşitmir. İctimai rabitələr elə səviyyədədir ki, çoxları kəs başqasına yuxarıdan aşağıya nəzər salır. Bu cür rabitələrdən heç də müsbət hisslər özünü büruzə vermir. Getdiyi yerdə dağıdıcı ruhi təsirlər qoyur.
Keçmişdə yaşayanlar arasında lovğalanmaq çox nadir hallarda baş verən hadisə idi. Bu ancaq şəhərdə yaşayan sərvətlilər tərəfindən aşağı təbəqədə olanlara qarşı edilərdi. Ancaq bu gün vəziyyət fərqlənir. Yəni, insanların çox hissəsi əlində olan hər şeyi ilə lovğalanırlar. Ancaq yaxşı və müsbət şeylərlə deyil.
Bu gün vəziyyət o yerə çatmışdır ki, hətta elm də lovğalanmaq mənbəyinə çevrilmişdir. Öz çirkin əxlaqi qədəmlərini təhsil hövzəsinə də qoymuşdular. Bu gün instituta qəbul olmaq və bəzi ixtisaslarda təhsil almaq lovğalanmaq mənbəyinə çevrilmişdir. Ona görə də lovğalığımızı daha da artırmaq üçün magistrlıq və ondan da yuxarıya doğru irəliləməyə çalışırıq. Halbuki, niyyətimiz təhsilimzi kamilləşdirmək deyildir, insanlara lovğalanmaqdır. Bu sahədə televiziya və mətbuat da günahsız deyildir. Bu cür cəmiyyət bəs hara gedib çıxacaqdır?
Bu gün cəmiyyətin dərdi - qızına verdiyi cehizin ürfə uyğun olub-olmamasıdır. Bu gün cəmiyyətin dərdi - istifadə etdiyi ətrin brend olub-olmamasıdır.
O kəslər ki, özünü və ailəsini hərtərəfli maddi vəsaitlərlə təmin edə bilir, özündən zəiflərə lovğalanır və onlarla fəxr edir.
Əgər cəmiyyətə baxsaq, görərik ki, cahiliyyət dövrünün bəzi nişanələri hələ də sağdır. İnsanlar ölüləri ilə fəxr edirlər, onların qəbrinin üzərini mərmərlə döşəməklə qalmır, üzərində elə bir abidə qaldırırlar ki, sanki bir şəhid və ya bir vətən qəhrəmanı olmuşdur. Biz də cahil ərəblər kimi nə ölülərimizə rəhm edirik, nə də dirilərimizə.
Bu gün möminlər Allahın istəyini kənara qoyub, ətrafdakıların nəzərinə daha çox əhəmiyyət verirlər. Yəni, əgər mənim maşınım olmasa, qonşum nə deyər, əgər on il kirayə yaşasam, ətrafdakılarım nə deyər? Evimdə mütləq son model televizor olmalıdır, ətrafdakılarımdan niyə geri qalım ki? Gördükləri hər bir işdə ətrafdakıların nəzərini ön plana atırlar. Aman, bu cür yanlış təfəkkürdən! Özümüz üçün elə bir mağara düzəltmişik ki, bundan çıxış yolunu tapa bilmirik.
Həzrət Peyğəmbər (s) buyurur: “Mən bütün Adəm övladlarının ağasıyam. Ancaq lovğalanmıram”.
İmam Baqir (ə) nəql edir: “Salman Farsi bir gün Məscidul-Nəbidə (s) Qüreyşdən olan bir neçə nəfərlə əyləşmişdi. Bu insanlar öz nəsəblərindən danışırdılar. Növbə Salmana çatdı və bir nəfər ondan soruşdu ki: “Ey Salman! Bəs sən kimsən?”. O, cavab verdi: “Mən Salmanam. Allah bəndəsinin oğlu, mən yolumu azmışdım. Allah Peyğəmbər (s) vasitəsilə məni hidayət edir. Mən ehtiyaclı idim və Allah, Peyğəmbəri (s) vasitəsilə məni ehtiyacsız etdi. Mən qul idim və Allah, Peyğəmbərinin (s) vasitəsilə məni azad etdi. Mənim soyum budur”. Bu zaman Həzrət Peyğəmbər (s) məscidə daxil olur və Salmandan bu mübahisənin səbəbini soruşur. Salman da olanları Peyğəmbərə (s) danışır. Həzrət Peyğəmbər (s) insanlara xitab edərək, buyurur: “Ey Qüreyş camaatı! Bilin ki, hər bir insanın soyu onun dinidir. Səxavətliyi bəyənilmiş əxlaqı, əsli isə ağlıdır”.
Beləliklə demək olar ki, bir mömin üçün üstünlük meyarı - təqvası olmalıdır. Heç bir insanın təqvasını ölçmək mümkün deyildir. Onu ancaq Allah ölçə bilər. Ona görə də heç kəs özünü başqasından üstün hesab etməz.
(Tebyan/ Deyerler.org)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter