İslam dİnİ yemək qaydaları barədə nə buyurub?
Bir çoxları arıqlamaq üçün şam yeməyini yeməkdən imtina edirlər. Halbuki İslam dini şam yeməyini yemək üçün çox təkid edir. İmam Rza (ə) İmam Sadiqdən (ə) nəql edir ki, buyurub: “Şam yeməyini hətta əgər üç tikə çörəklə duz olsa belə, buraxma”.
Indiyə qədər yemək yemək üçün bir çox yerlərə getmisiniz və görmüsünüz ki, bəzi insanlar yemək yeyən zaman başqalarını narahat edərlər. Ya yemək zamanı qaydalara riayət etməzlər. Bu haqda siz heç düşünmüsünüzmü? Heç düşünmüsünüzmü ki, İslam dinində yemək yeməyin qayda və qanunları vardır?
slam dini bizə buyurur ki, acmayınca yemək yeməkdən çəkinin ki, salamat qalasınız. Yeməyə başlayan zaman isə “Bismillah” de.
İslam təlimlərində oxuyuruq ki, yeməyə başlayan zaman duzla başlayın. İmam Əli (ə) buyurur: “Yeməyə başlayan zaman duzla başlayın. Əgər onda olanları bilsəydiniz, dərman yerinə ondan istifadə edərdiniz”.
Hər gün çirkli əşylara əl vururuq. Bunun nəticəsində çox sayda xəstəliyə düçar oluruq. İmam Əli (ə) buyurur:“Yeməkdən əvvəl əlləri yumaq ruzini artırar. Gözü gücləndirər”.
Böyük İslam dini hər bir şeydə ifratdan çəkinməyə dəvət edir. Eləcə də yemək yeyən zaman. Həzrət Peyğəmbərin (s) buyurduğu kimi yeməkdə ifrat o deməkdir ki, hər nə sevirsən onu yeyirsən.
İmam Sadiq (ə) buyurur: “Nə zaman insanlar yemək yeyən zaman mötədil olar, bədənləri möhkəm olar”.
Dünya və axirət səadətini aradan apara bilən amillərdən biri - haram tikədir. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim haram tikə yeyər, 40 gün duası qəbul olmaz. Haramdan bitən hər ət parçası cəhənnəmə gedəcəkdir”.
Qaynar yemək yeməkdən çəkinin. İmam Əli (ə) buyurur: “Qaynar yeməyi soyumağa qoyun ki, yeyiləsi olsun”.
İslamın qadağan etdiyi əməllərdən biri də budur ki, yeməyi üfürməyəsiniz. İmam Əli (ə) buyurur: “Peyğəmbər (s) qadağan etmişdir ki, yeməyi və ya içəcəyi üfürməyəsiniz”.
İslam dinində səhər yeməyi çox tövsiyə edilir. İmam Sadiq (ə) buyurur: “Mömin yemək yeməmiş bayıra çıxmasın. Çünki səhər yeməyi ona möhkəmlik verər”.
İslam dinində meyvə və göyərti yemək çox tövsiyə edilir.
İslam dini həmçinin yemək yeyən zaman yol getməyi bəyənmir və ondan çəkinməyi buyurur. İmam Sadiq (ə) buyurur: “Yol gedən zaman heç nə yeməyin, məgər o halda ki, məcbur olasınız”.
İslam dini həm də yeməyi yaxşı çeynəməyi tövsiyə edir. Hədislərin birində oxuyuruq: “Yeməyi yaxşı çeynəyin, yemək yeyən zaman heç zaman tələsməyin”.
İmam Sadiq (ə) buyurur: “Yemək yeməyinizi uzun edin, çünki vaxtı ömrünüzdən hesab edilməz”.
Əgər hər birimiz İslam dininin bizə verdiyi bu tövsiyələrə əməl etsək, həm sağlam olarıq və həm də İlahi vacibatları yerinə yetirən zaman gözəl ruhiyyəli olarıq.