Allah-təalanın özünü ən üstün yaradan sayması başqa yaradanların varlığından danışmırmı?


Cavab: Ərəb lüğətində “Xələq” kökünün üç mənası var:
1. Bir şeyi ölçmək; 2. Bir şeyin formasını dəyişmək; Məsələn, dəmirdən hər hansı alət düzəltmək; 3. Heçdən bir şey yaratmaq; Yəni heç vaxt olmamış bir şeyə varlıq vermək.
Əlbəttə ki, üçüncü məna Allaha aiddir. Xaliq kəlməsi yalnız Allah haqqında işlədilir. Amma “xələq” sözünün birinci və ikinci mənaları insana aiddir. Qurani-kərimdə bu söz bəzən birinci və ikinci, bəzən isə üçüncü mənasında işlədilmişdir. Məsələn, Məryəm oğlu İsa haqqında buyurulur: “Gildən quş şəklində bir şey yaradırdım.” Ayənin ərəbi mətnində işlədilmiş “xələq” kəlməsi düzəltmək mənasında işlədilmişdir. Haqqında danışılan ayədəki “xələq” kəlməsi də ilkin mənalardan birini daşıyır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter