Gündəlik namazların əvvəl (fəzilətli) vaxtları nə zamandır?


Bir çoxlarımız namazı əvvəl vaxtda qılmağı sevirik. Bəs bu vaxt nə vaxtdır?
Fəzilətli vaxt: namazın elə vaxtıdır ki, o zaman namaz qılmaq fəzilətə malikdir. Ondan xaric olmaq fəzilətli sayılmaz.
Əvvəl vaxt: namazın fəzilətli zamanı.
Axır vaxt: namazın vaxtının qurtarmasına az qalan vaxtdır.
Sübh namazının əvvəl vaxtı: Sübh azanından başlayaraq 21 dəqiqə sonraya qədər.
Zöhr namazının əvvəl vaxtı: Zöhr azanından başlayaraq 1 saat 40 dəqiqə azandan sonraya qədər.
Əsr namazının əvvəl vaxtı: Əsr namazının fəzilətli vaxtı zöhr azanından 2 saat 50 dəqiqə sonra başlayır və 42 dəqiqə davam edər.
Məğrib namazının əvvəl vaxtı: Məğrib azanından başlayır və 51 dəqiqə davam edir.
İşa namazının əvvəl vaxtı: Məğrib azanından 51 dəqiqə sonra başlayar və 3 saat 10 dəqiqə davam edər.
Namazlarımızı əvvəl vaxtda qılmağa çalışaq ki, bütün Məsumlar (ə) bunu bizə tövsiyə etmişdilər. Çünki çox sayda savabı və namazlarımızın qəbul olmasının yuxarı olma ehtimalı vardır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter