Nə üçün “Tövbə” surəsİ “Bİsmİllah” İlə başlaNmır?


Cavab: “Bəraət” surəsinin məzmunundan göründüyü kimi, bu surədə müşriklər hədələnir, əhdi sındıranlara müharibə elan olunur. Bu surədə tövhid nurunu söndürmək istəyənlərə, Ərəbistan yarımadasında ilahi dinlə mübarizə aparanlara xəbərdarlıq olunur. Bu münasibətlə də surə mərhəmət nişanəsi olan “Bismillah”la başlanmır.
“Nəml” surəsində isə həzrət Süleymanın Səba mələkəsinə yazdığı məktubdan danışılır. Bu məktub “Bismillah”la başlayır. Quranda həmin məktubun bütün mətni nəql olunduğundan məktubun başlanğıcındakı “Bismillah” ifadəsi də verilmişdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter