Ruhun lİbası necə olmalıdır?
Təqva peyğəmbərlərin (ə) və İlahi övliyaların ən ali sifətlərindəndir. Təvqa elə bir şeydir ki, məhdud deyildir. Heç kim deyə bilməz ki, mənim təvqam məhduddur. İmam Əli (ə) xütbələrinin bir çoxunda təqva mövzusuna toxunmuşdur. Həzrət (ə) buyurur: “Siz təqvaya riayət edin və onu hifz edin.Təqva da sizi hifz edər”.
Yəni əgər dinimin mənim üçün təyin etdyi ədəb və qaydalara riayət etsəm, o zaman təqva ruh polisi kimi batinimi çirkinliklərdən qoruyar. Qoymaz ki, ona ziyan dəysin. “Əlbəttə təqva libası daha yaxşıdır”. (“Əraf” 26).
Bəli, Allah təqvanı libas kimi tanıtmışdır. Batini bir libasdır. Necə ki, əynimdəki libas məni soyuqdan və istidən qoruyur, təqva da ruhani bir libas kimi qoymur ki, heç bir çirkin əməllər batinimə nüfuz etsin. Necə ki, libas məni qoruyur və mən də onu oğurlanmaqdan qoruyuram. Təqva da bu cürdür. Həm sən onu hifz edirsən və həm də o, səni hifz edir.
İmam (ə) buyurur: “Təqvalı o kəsdir ki, günah etməz”. Yəni o kəs ki, günah işlətmir - təqva əhli olar. Təqvalı o kəsdir ki, həm vacibatlarını tərk etməz, həm də haramlara əməl etməz. Bu zaman gözləriniz açılar və divarın arxasındakıları görməyə başlayarsınız.
Nəcəfdə yaxşı bir qoca var idi ki, hamballıq edirdi. 50 il bundan qabaq onu görənlərin dediyinə görə, hambal olmasına baxmayaraq, həmişə təmiz və qəşəng paltar geyinərdi. Kəndiri boynuna atar və başını aşağı salıb zikr edərdi. Deyilənə görə, bu kişinin bacısı uşağı damdan yerə düşür və bacısı fəryad çəkir. Bu zaman həmin kişi də orada idi və deyir: “Allahım! Uşağı mənə ver” və onu tutub yerə qoyur. Ondan sonra deyirlər ki, onun duaları qəbul olur. Deyir: “Bir ömür Allahım nə dedisə, mən itaət etdim. İndi mən Allahımdan xahiş etdim və Allah mənə əta etdi”.
Hədislərin birində oxuyuruq ki, Allah buyurur: “Ey Mənim bəndəm! Mənə itaət et ki, Mənim kimi olasan!”. Yəni Mən sənə nə desəm, sən də onu etsən, sən nə desən, Mən də onu edəcəyəm.
Hər halda insan ibadət edəndə, haramdan uzaq olanda günahdan zəhləsi gedər. Necə bir insan hərarəti olan zaman ən ləziz yeməklərə nifrət edər, o kəsin ki, təqvası var, bu cür olar.
Təqvanı təsiri:
1. Allah onu sevər.
O kəsin ki, təqvası var, Allahın məhbubu olar. “Həqiqətən, Allah pərhizkarları sevir”. (“Tövbə” 4). Allahın məhbubu olmaq səadətdir, belə bir insanın nə qəmi ola bilər ki?
2. İşləri düz gedər.
“Kim Allahdan qorxsa, (Allah) onun üçün (çətinliklərdən) çıxış yolu qoyar”. (“Təlaq” 2). O kəsin ki, təqvası var, nə dünya işlərində və nə də axirət işlərində çətinliyə düşməz.
3. Bərəkət nazil olar.
“Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq”. (“Əraf” 96). Malımızın bərəkətinin olmaması ona görədir ki, çoxlu günah işlədirik və haramdan uzaq olmuruq. Ancaq əgər təqvaya riayət etsək şübhəsiz ki, Allah bizlərə bərəkət nazil edər. “Mallarını Allah yolunda xərcləyənlərin (bu xərclərinin) misalı yeddi sünbül cücərdən və sünbüllərinin hər birində yüz (ədəd) dən olan toxum kimidir. (Deməli Allah yolunda sərf edilən hər bir şeyin yeddi yüz qat mükafatı vardır.) Allah istədiyi (və hikmətinin tələb etdiyi) şəxs üçün neçə qat artırır”. (“Bəqərə” 261).
4. Düşmən ona hakim olmaz.
“Əgər səbir etsəniz və təqvalı olsanız, onların hiylələri sizə heç bir ziyan yetirə bilməz”. (“Ali-İmran” 120).
5. Əməlləri saleh olar.
“(Əgər belə etsəniz) Allah sizin əməllərinizi islah edər və günahlarınızı bağışlayar”. (“Əhzab” 71).
6. Günahlar bağışlanar.
“De: «Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın”. (“Ali-İmran” 31).
7. Ayırd etmək qüdrətinə malik olar.
“Ey iman gətirənlər, əgər Allahdan qorxsanız, O, sizə (haqla batili bir-birindən) ayırd edən bir qüvvə verər, sizin (kiçik) günahlarınızı təmizləyər, və sizi(n böyük günahlarınızı) bağışlayar”. (“Ənfal” 29).
8. Əməllər təqvaya görə qəbul olar.
«Həqiqətən, Allah yalnız təqvalılardan qəbul edir». (“Maidə” 27).
9. Təqvanın başqa təsirləri.
Əgər insan təqvalı olarsa, haram tikə yeməz, bazarda satdığı şeylərdə əskik çəkməz, sələm yeməz, duası qəbul olar. İmam Sadiq (ə) buyurur: “Əgər kimsə bir tikə haramı tərk edərsə, savabı və təsiri iki min rükət müstəhəb namazdan çoxdur. Haramla dolu qarınla heç bir dəyəri olmaz. O kəsin ki, qarnı haramla doludur, namazı qəbul olmaz. Nə vacib namazı və nə də müstəhəb”.
O kəs ki, təqva əhli olmaq istəyir ki, birinci növbədə boynunda haqqun-nas olmamalıdır. Əgər indi verə bilmirsə bu qərara gəlməlidir ki, gələcəkdə onların haqqını əda edəcəkdir. Ancaq bu zaman təvqa libasına bürünə bilər.
Əgər malının yeyilməsini istəmirsənsə sən də başqalarının malını yemə. Əgər başqalarının sənə fırıldaq gəlməsini istəmirsənsə, sən də başqalarına fırıldaq gəlmə. Əgər sənin arxanca söz deyilməsini istəmirsənsə, sən də başqalarının dalınca danışma.
(Həvzəh saytına istinadən)