Hazırda möcüzə etmək mümkündürmü?


Möcüzə - peyğəmbərlərə (ə) aid olan fövqəladə məsələlərdəndir. Peyğəmbərlər (ə) risalətlərini möcüzə ilə təsdiq edərdilər. Nəticədə insanların tövhidə olan imanına səbəb olardılar.
Quranda peyğəmbərlərin (ə) göstərdiyi bir çox möcüzələr bəyan edilmişdir. «Əlini qoynuna qoy ki, əlin (oradan) ağappaq, eyibsiz-qüsursuz, parlaq çıxsın. Və hər hansı bir qorxu(dan çıxmaq) üçün əlini (ya əllərini) qoynuna qoy (ki, vahimən aradan getsin). Beləliklə, bu ikisi (iki möcüzə: əsa və parlaq əl) sənin Rəbbin tərəfindən Firona və onun əyanlarına qarşı iki dəlil-sübutdur. Həqiqətən, onlar öncədən fasiq bir tayfa idilər». (“Qəsəs” 32).
“Bu, Allahın (tovhid, qüdrət və rəhmətindən) sizin üçün bir nişanə olan dişi dəvəsidir. Buna görə də onu buraxın Allahın (yaratdığı) yer üzündə otlasın, ona zərər və ziyan vurmayın, yoxsa sizi ağrılı bir əzab yaxalayar». (“Əraf” 73).
Həzrət İsa (ə) ölüləri dirildərdi. Bəli, bunların hamısı möcüzə idi. Ancaq kəramət nədir? Mənası - mənəvi əzəmətdir. Peyğəmbərlərin (ə) gördüyü fövqəladə əməllər möcüzə adlanır, ancaq qeyri-peyğəmbərlərin gördüyü fövqəladə əməllər - kəramətdir. Ona görə də İmam Sadiq (ə) buyurur: “Möcüzə - Allah üçün nişanədir ki, Allah onu peyğəmbərlərindən, rəsullarından və hüccətlərindən başqasına əta etməz. Bu əməldəki hədəf odur ki, düz danışanın düzlüyü və yalan danışanın yalanı tanınmış olsun”.
Beləliklə deyə bilərik ki, möcüzə ilə kəramətin fərqi nübuvvətlə bağlı olmağına görədir. Yəni əgər kimsə fövqəladə işi nübuvvət iddiası ilə edərsə, adı möcüzədir. Əgər kimsə bu işi peyğəmbərlik iddiası olmadan edərsə, kəramət adlandırılar.
Hədislərdə oxuyuruq ki, İmamlarımızın (ə) da möcüzəsi olmuşdur. Onu kəramət adlandırırdılar. Yəni, əgər kimsə möcüzə edərsə, ancaq peyğəmbərlik iddiası olmazsa, deməli kəramət etmişdir. Məsələn bi xəstəyə nübuvvət iddiası ilə şəfa verilərsə, möcüzə olar, əgər nübuvvət iddiası olmazsa, kəramət olar.
Quran ayələrinə əsasən bəzi insanlar günahdan uzaq olduğu və vacibatları yerinə yetirdiyi üçün imanın elə səviyyəsinə çatırlar ki, kəramət edə bilirlər. O kəsin ki, hər bir işinin iyi və rəngi Allahla olar - xalis bəndə və itaətkar olar. Allah səmanı və yeri onların xidmətinə verər. “Hər kim Allahla olar, Allah da onunla olar”. “Kitabdan (Lövhi-Məhfuzdan, ya səmavi kitablardan) bir qədər elmi olan birisi dedi: «Mən onu sən göz qırpmadan öncə və ya sənin bir şeyə baxışın həmin şeyin surətini beyinə ötürməmişdən öncə, sənin yanına gətirərəm». Beləliklə, elə ki, onu öz yanında hazır durmuş gördü, dedi: «Bu (istəyin o saat yerinə yetirilməsi, ya belə bir şəxsin mənim ümmətimdə olması) Rəbbimin fəzlindəndir və məni yoxlamağı üçündür ki, görsün şükürmü edirəm, ya nankorluq (naşükürlük)? Və kim şükür etsə, öz xeyrinə şükür edər və kim naşükürlük etsə, (bilsin ki,) Rəbbim həqiqətən, onun şükrünə möhtac deyil və kərəm sahibidir». (“Nəml” 40).
Bir gün Əbuzər Səlmanın yanına gedir. Yanında mis qazan var idi və bu qazan iki dəfə əlindən düşür, ancaq içindəki yemək tökülmür. Bir gün Miqdad Səlmanın yanına gedir. Görür ki, mis qazanı iki dayağın üzərinə qoymuşdur və onun içindəkilər od və alov olmadan qaynayır. Səlman Miqdadın bu təəccübünü görən zaman bu ayəni oxuyur: “İman gətirib yaxşı işlər görən şəxslərə müjdə ver ki, onlar üçün (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlər (və ya bağlar) vardır”. (“Bəqərə” 25).
Bu zaman qazan qaynamağa başlayır və Səlman Miqdada deyir ki, qazanın atəşini azalt. Ancaq Miqdad bunun üçün bir şey tapmır. Səlman əlini qazana salır və onu fırlatmağa başlayır. Qazan qaynamaqdan dayanır. Miqdad bu əhvalatı Həzrət Peyğəmbərə (s) danışır və Həzrət (s) buyurur: “Səlman o kəsdir ki, Allaha, Rəsuluna (s), Əmirəl-mömininə (ə) itaət edər. Ona görə də hər bir şey ona itaət edər. Heç bir şey ona ziyan vurmaz”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter