Allah Təala Əhlİ-beyt (ə) davamçılarından hansı dəstələrİ bağışlamaz?
İmam Rza (ə) dövrünün davamçıları ilə əlaqə qurmaqda çətinlik çəkirdi. Ona görə də öz tövsiyələrini xüsusi nümayəndələri vasitəsilə yazılı şəkildə Əhli-beyt (ə) davamçılarına çatdırırdı. Həzrətin (ə) məktub yazdığı şəxslərdən biri Əbdüləzim Hüseyni (ə) idi. O, Reydə yaşayırdı.
Şeyx Mufid bu məktubun mətnini bizə belə təqdim edir:
“Bismilləhir Rahmənir Rahim!
Ya Əbdüləzim! Mənim isti salamımı sevənlərimə çatdır və onlara de: “Qəlblərini şeytanın üzünə açmasınlar, onları danışıqlarında düz olmağa, əmanəti əda etməyə, mənalı sükuta, yersiz işlərlərdə mübahisə etməməyə, sileyi-rəhmə, bir-biri ilə dostluq əlaqəsi qurmağa və bir-birinin yanına gedib-gəlməyə dəvət et. Çünki bu əməllər onların Allaha, mənə və o biri İlahi Övliyalara yaxın olmasına səbəb olar. Dostlarımız gərək həyatın dəyərli fürsətlərini və dəyərli vaxtlarını bir-biri ilə düşmənçilik etməyə sərf etməsinlər. Mən özümlə əhd bağlamışam ki, hər kim bu işləri görərsə, ya dostlarımdan birinə qəzəblənərsə, ona zərər vurarsa, Allahdan istəyəcəyəm ki, onu ən çətin dünya küfrü ilə cəzalandırsın. Axirətdə də ziyankarlardan olacaqdır.
Bizim dostlarımıza diqqət et ki, Allah onların yaxşı əməl sahiblərini bağışlayar. Pis əməl sahiblərini isə bağışlayar, onlardan savayı ki, Allaha şərik qoşar, ya bizim dostlrımızdan birini incidər, ya qəlbində onlara kinlər bəsləyərlər .Ancaq bu iki dəstəni bağışlamayacaqdır. Məgər o halda ki, öz niyyətlərindən dönərlər, bu zaman bağışlanmış olarlar. Ancaq əgər əməllərində qalıcı olsalar, Allah iman ruhunu həmişəlik qəlbərindən çıxardar. Bizim vilayətdən də çıxardar. Biz Əhli-beytin (ə) dostluğundan bəhrəsiz qalarlar. Mən bu günahlardan Allaha pənah aparıram”.
Ustad Qiraəti bu mətnin şərhində buyurur: “İmam Rzanın (ə) bu müraciəti çox mühüm müraciətdir. Sanki bu günün cəmiyyətinin dərdinin şəfasıdır. İmam (ə) tövsiyə edir ki, şeytanın yolunu bağlasınlar. İmam (ə) buyurur ki, bir-birini görməyə getsinlər. Yəni, əgər mənə yaxın olmaq istəyirlərsə, bir-birini görməyə getsinlər.
İmam (ə) buyurur: “Mən nifrin edirəm o kəsə ki, Əhli-beyt (ə) davamçılarının abrını aparar. Öhdəmə götürmüşəm ki, hər kim Əhli-beyt (ə) davamçısının abrını aparar, dünyada bədbəxt bir həyata düçar olar. Məgər o kəs ki, müşrikdir”.
İmam (ə) buyurur: “Allah bütün Əhli-beyt (ə) davamçılarını bağışlayar, məgər iki dəstədən başqa. O, Əhli-beyt (ə) davamçısı ki, müşrik olmuşdur. O, Əhli-beyt (ə) davamçısı ki, möminə əziyyət edər”.
İmamın (ə) buyurduğu kimi Allah müşrikləri bağışlamaz, ya da qəlbində bədxah olanları bağışlamaz. Yəni o kəs ki, istəyir başqa möminlər əziyyət çəksinlər. O kəs ki, başqa möminə əziyyət verər, Allah iman ruhunu qəlbindən çıxardar. Bu cür insanlar həm bu dünyada və həm də axirətdə bədbəxt olarlar.
Abna