Rəcət zamanı kİmlər bu dünyaya qayıdacaq?


Rəcət odur ki, İmam Zaman ağa (ə.f) zühur edəndən sonra iki qrup insanlar bu dünyaya yenidən qayıdacaq və yenidən yaşayacaqlar. Bu dəstədən biri möminlər və o biri isə kafirlərdir. Bəs rəcətin fəlsəfəsi nədir?
Belə görünür ki, birinci dəstənin yenidən dirilməsinin səbəbi təkamülə çatması və ikinci dəstənin dirilməsi isə daha çox dünya küfrünü dadmaları üçündür. Xalis möminlərin bir çoxu təkamülə çatmaq yolunda həyatlarında çox sayda maneələrlə üzləşirlər. Onların təkamülü natamam qalmışdır. Ona görə də onlar yenidən qayıdıb öz təkamüllərini davam etdirəcəklər. Haqq və ədalətə şahid və nazir olarlar. Belə bir haqq hökümətində iştirak etmək və yaşamaq hər bir mömin üçün böyük iftixardır. Bu, onlar üçün şəhid olmağa bir fürsətdir.
Möminlərin bir çoxu İmamların (ə) xidmətinə gələr və şikayət edərdilər ki, bizim günahımız nədir ki, şəhid ola bilmirik. Xüsusilə də İmam Sadiqin (ə), İmam Baqirin (ə), İmam Kazımın (ə), İmam Rzanın (ə) dövründə müharibələr olmamışdı. Ancaq rəcət zamanı şəhid olmaq təzminat verilir. Rəcətdən əvvəl ölən möminlər, rəcətdən sonra şəhid olarlar. Onlar ki, rəcətdən əvvəl şəhid olublar, rəcətdən sonra vəfat edərlər.
İmam Rza (ə) bu haqda buyurur: “O mömin ki, yataqda ölər, rəcətdə öldürülər. O mömin ki, öldürülər, rəcətdə yatağında vəfat edər”.
Həmçinin o din rəhbərləri ki, rəcətdən əvvəl düşmənin fitnəsi nəticəsində eləyə bilmədiklərini rəcətdə yerinə yetirər. Ancaq kafirlər və zalımlar üçün rəcət odur ki, cəhənnəmdə gördükləri xüsusi cəza ilə yanaşı, bu dünyada da Fironun, Ad və Səmud qəbiləsinin gördüyü cəzaları görsünlər.
O insan ki, intiqam üçün rəcət edər, heç bir zaman öz meyl və iradəsi ilə qayıtmaz, bəlkə məcburiyyət üzündən rəcətdə olar. İmam Sadiq (ə) buyurur: “Rəcət ümumi deyildir. Bəlkə xüsusidir. Ancaq o dəstə rəcət edəcəkdir ki, xalis imana və ya xalis şirkə malik olarlar”. “Həlak etdiyimiz topluma (dünyaya qayıtmaq) qadağan və qeyri-mümkündür. Onlar qayıtmayacaqlar”.(“Ənbiya” 95).
Bunu qeyd etmək lazımdır ki, intiqam almış insanlar məcburu olaraq rəcət edərlər. Ancaq möminlərin rəcəti ixtiyaridir.
Məfzəl ibni Ömər deyir: “İmam Sadiqin (ə) xidmətində İmam Məhdinin (ə.f) zühuru haqqında soruşdum. Buyurdu: “O zaman ki, Həzrət Məhdi (ə.f) zühur edər, İlahi mələklər qəbirdə olan möminlərlə təmas bağlayarlar. Onlara deyərlər: “Ey Allahın bəndəsi! Mövlan zühur etmişdir. Əgər ona qoşulmaq istəyirsənsə, azadsan. Əgər istəsən İlahi nemətlərdə qalasan, yenə də azadsan””.
Ona görə də deyə bilərik ki, o mömin ki, qəti əcəlindən əvvəl ölmüşdür, zühur zamanında rəcət edəcəkdir. Bu zaman əvvəlki həyatda görə bilmədiklərini görəcəkdir. Həmçinin o mömin ki, bütün ömrü boyu şəhid olmağı arzu etmişdir, rəcətdən sonra şəhid ola biləcəkdir.
(Erfan/Deyerler.org)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter