Qarışqa öz varlığı İlə bİzlərə nəyİ öyrədİr?
Allahın xəlq etdiyi varlıqlar içərisində qarışqa kiçikliyinə görə fərqlənir. Kiçik olsa da, ancaq çox çalışqan və çox zəhmətkeş bir həşəratdır. İnsan bütün canlıların şərəflisi olmağına baxmayaraq, bu qarışqadan öyrənməli olduğu çox şeyləri vardır.
İmam Əli (ə) buyurur: “Əgər varlıq aləminin böyüklüyü haqqında düşünsəniz, xilqətin bir çox nemətləri gözünüzün önünə gələr. Hidayət yoluna qayıdarsınız. Axirət atəşinin işgəncəsindən qorxarsınız. Ancaq qəlblər xəstə və gözlər kordur. Məgər kiçik yaradılanlara baxmırsınız ki, necə bədənləri möhkəm və tərkibi nizamlıdır?! Allah onlar üçün göz və qulaq yaratmışdır. Dəri və sümüklə bəzəmişdir.
Qarışqaya və bədəninin kiçikliyinə diqqət edin. Necə yer üzündə yol gedir və ruzisini əldə etmək üçün hərəkət edir. Dənə-dənə yuvasına aparır və anbar edir. Yayda qış üçün hazırlıq edir. İstidə soyuq üçün azuqə toplayır. Allah ona ehtiyacı qədər ruzi verər. Pərvərdigar onu bəhrəsiz qoymaz. Baxmayaraq ki, saf daşların yarığında olsa belə. Əgər bədənlərinin aşağısına və yuxarısına və başlarında olan göz və qulaqlarına baxsanız, düşünərsiniz. Təəcüblənərsiniz, bədənini təsvir etməkdə gücsüz olarsınız.
Ona görə də belə bir Allah uca məqama malikdir ki, bədənini yaratmış və əndamını həndəsi quruluşla xəlq etmişdir. Heç kəsi onun xəlq etməkdə özünə şərik götürməmişdir. Əgər düzgün düşünsən, başa düşərsən ki, qarışqanı Xəlq Edən həmin xurma ağacını Xəql Edəndir ki, iri və xırda, ağır və yüngül, gücsüz və güclünü eyni xəlq etmişdir. Həmçinin səma və havanın, külək və suyun xəlqi də. Ona görə də Günəşin və Ayın, bitkilərin və ağacların, suyun və daşın və gecə ilə gündüzün gedib-gəlməsinə dənizlərin qaynamasına, ağların çoxluğuna, dillərin müxtəlifliyinə nəzər sal və düşün. Vay olsun o kəsə ki, ölçüverən və çox tədbirli Allahı inkar edər. Onlar elə bilirlər ki, bu dünyada əkilmiş bitki kimi cücəriblər. Danışıqlarında bürhan yoxdur. Məgər bu mümkündürmü ki, bir bina inşa edəni olmadan tikilsin?! Ya bir iş işçisi olmadan yerinə yetsin?”.