Behİşt əhlİnİn yeyəcəklərİ və İçəcəklərİ nə olacaqdır?


Qurani-Kərim biz müsəlmanların nələri yeyib və nələri yeyə bilməyəcəyimizi bəyan edən bir İlahi kitabdır. Bəzi yeyəcəkləri xüsusilə vurğulayır.

Meyvələr.
Quranda 14 dəfə meyvə sözü zikr edilmişdir. Bundan baqşa bəzi meyvələr xüsusilə bəyan edilmişdir. Quranın adını çəkdiyi meyvələr bunlardır: zeytun, əncir, üzüm, xurma, nar, banan, balqabaq, xiyar.

Əncir və zeytun.
Allah Təala bu iki meyvəyə and içir. Bununla da bu iki meyvənin insan üçün nə qədər əhəmiyyətli olduğunu dərk etmək olar. Həzrət Peyğəmbər (s) buyurur: “Əgər desəydim ki, behiştdən meyvə nazil olmuşdur, hər an deyərdim ki, bu, əncirdir. Çünki behişt meyvəsinin dənəsi olmur. Ona görə də onu yeyin ki, podaqra ağrılarına faydalıdır”.
Zeytun yağı həm “Muminun” və həm də “Nur” surəsində adı çəkilmişdir. “Və (adətən) Sina dağından çıxan bir ağac (da yaratdıq) ki, yeyənlər üçün (zeytun) yağ(ı) və yavanlıq bitirir”. (“Muminun” 20). Hədislərdə oxuyuruq ki, bu faydalı yağın insan ruhuna təsiri çoxdur. İmam Rza (ə) buyurur: “Qəm və qüssəni aradan aparar. Əxlaqı gözəl edər”.
Bəzi hədislərdə oxuyuruq ki, sirkə ilə zeytun yağı peyğəmbərlərin (ə) və Həzrət Fatimənin (s.ə) sevdiyi yemək olmuşdur.

Xurma.
“Və xurma ağacını özünə tərəf silkələ ki, sənin üçün təzə yığılmış xurma tökülsün”. (“Məryəm” 25). Həzrət Məryəm (s.ə) Həzrət İsanı (ə) dünyaya gətirən zaman ona vəhy edilir ki, kənarında olan xurma ağacını sirkələsin və təzə xurmalardan yesin. Ona görə də deyirlər ki, xurma cavan analar üçün enerji və güc gətirən bir meyvədir.

Üzüm.
“Üzüm ağacı və (hər il) bir neçə dəfə biçilən göyərtilər”. (“Əbəsə” 28). Üzümün Quranda 11 dəfə adı çəkilmişdir.

Nar.
“O iki cənnətdə (hər növ) meyvə (ağacı), xurma və nar ağac(lar)ı vardır”. (“Rəhman” 68).
Narın Quranda adı üç dəfə çəkilmişdir.

Banan.
“Meyvələri bir-birinin üstündə oturmuş banan (ağacı)”. (“Vaqiə” 29). Banan da behişt meyvələrindəndir.

Bal.
“Onların qarınlarından insanlar üçün şəfalı rəngarəng içməli maddələr çıxır. Həqiqətən bunda (bu şərbət və dərmanın düzəldilmə mexanizmində və onu düzəldənin yaşayış tərzində) düşünən bir dəstə üçün bir nişanə vardır”. (“Nəhl” 69). Bal dadlı bir qida olduğu kimi, həm də müalicəvi xarakterə malikdir. Bircə onu demək kifayətdir ki, Quranda iki şey şəfaverici kimi tanıdılmışdır: biri – Müqəddəs Kitabın özü, o birisi isə baldır. Quran ruh və qəlbi müalicə etdiyi kimi, bal da cismi müalicə edir.

Balqabaq.
“Və onun başı üzərində balqabaq (yaxud banan və ya əncir) növündən bir tağ bitirdik”. (“Saffat” 146). O zaman ki, Həzrət Yunus (ə) sahilə çıxır, onun qarşısında balqabaq ağacı bitir ki, ona kölgə salsın.

Behişt içəcəkləri.
Süd və su - iki faydalı içəcəklərdir. Süd, xalis su, pak şərab, baldan olan şərbət behişt içəcəkləridir ki, Quran onlara işarə etmişdir. “Orada dad və ətiri qaçmamış sudan çaylar, tamı dəyişməmiş süddən çaylar, içənlər üçün büsbütün ləzzət olan şərabdan çaylar və saflaşdırılmış baldan çaylar vardır”. (“Muhəmməd (s)” 15).

Quş əti.
“Və meyilləri çəkən quş əti ilə”. (“Vaqiə” 21).

Dəniz heyvanlarının əti.
“Onların hər birindən təzə ət (balıq və sairə) yeyirsiniz”. (“Fatir” 12).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter