ORUCUN QƏZASI BARƏDƏ SUALLARA CAVAB


Sual: Ramazan ayının orucunun qəzasını, ardıcıl tutmalıyıq?

Cavab: Xeyir. Qəza oruclarını ardıcıl tutmaq lazım deyil.

Sual: Orucları qəza olmuş şəxs üçün, başqasını əcir etmək olarmı?

Cavab: Şəxs diridirsə başqası onun oruc və namazlarını yerinə yetirə bilməz. Amma vəsiyyət edə bilər ki, qəza oruclarımı tuta bilmədiyim halda, mənim ölümümdən sonra bir şəxsi onların qəzası üçün əcir edin.

Sual: Ramazan ayının orucu boynunda olan şəxs, atasının orucunu tuta bilərmi?

Cavab: Öz qəza oruclarının vaxtı genişdirsə, maneəsi yoxdur.

Sual: Keçmiş ramazan ayının oruclarında bir neçə gün iftar etmişəm amma sayını unutmuşam. İndi neçə gün qəza orucu mənə vacibdir?

Cavab: Yəqininiz olan miqdar qəzasını tutun. Şəkk etdiyiniz günlərin qəzaları vacib deyil, baxmayaraq ki, onları qəza etmək ehtiyata uyğundur.

Sual: Ramazan ayında səfər ya xəstəlik ucbatından tutulmayan orucları ramazan ayı qurtarandan sonra təcili tutmalıyam?

Cavab: Xeyir. Lazım deyil. Ancaq o qədər təxirə salınmayın ki, təklifə laqeyidlik sayılsın.

Sual: Məni qonaqlığa dəvət ediblər və məndə qəza orucu tutmuşam edə bilərəm ki orucu açım və sonrakı günlərdə yerinə yetirim?

Cavab: Ramazan ayının qəza oruclarını günortadan qabaq iftar etməyin işkalı yoxdur. amma günortadan sonra cayiz deyil. İftar edən şəxsə kəffarə vacib olur. Onun kəffarəsi on miskinə təam vermək, əgər buna gücü çatmırsa, üç gün oruc tutmaqdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter