Qadınların Axır- zamandakı vəzİfələrİ hansılardır?
Əziz və mehriban qadınlarımızın diqqətinə rəvayətlərdə təkidlə işarə olunan və onların xoşbəxt yaşamaları üçün böyük təsirə malik olan göstərişlərdən bəzilərini çatdırmağı özümüzə borc bilirik. Möhtərəm qardaşlarımızın da bu məsələyə həssaslıqla yanaşmalıdırlar. Belə olarsa bizim dəyərimiz əziz Peyğəmbərimizlə (s.ə.v.v.) yanaşı islamın xidmətində durmuş ilkin müsəlmanların dərəcəsindən də üstün olacaqdır. Məşhur bir rəvayətdə belə nəql olunur ki, Peyğəmbərimiz (s.ə.v.v.) bir gün öz səhabələrinə belə buyurdu:
- Axır-zamanda dünyaya elə bir müsəlmanlar gələcək ki, onların bir nəfəri sizin 50 nəfəriniz qədər əcr və savab sahibi olacaqdır.
Əshabı Peyğəmbərin (s.ə.v.v.) bu sözündən təəccüblənərək belə dedilər:
- \"Ey Allahın Rəsulu, biz \"Bədr\", \"Uhud\" və \"Huneyn\" döyüşlərində sizinlə yanaşı olmuşuq, Allah yolunda cihad etmişik, həm də Qurani-Kərim bizim zamanımızda nazil olub!\"
Böyük Püyğəmbərimiz buyurdu:
- Onlar üçün baş verən hadisələr və üzləşdikləri çətinliklər sizin qarşınıza çıxsaydı onlar kimi müqavimətli və möhkəm dura bilməzdiniz\"
Başqa bir rəvayətdə isə əziz Peyğəmbərimizdən (s.ə.v.v.) belə nəql olunur ki, buyurmuşdur:
- \"Yəqinin ən üstün dərəcəsinə ucalmış insanlar Axır-zamanda zahir olacaqlar. Onlar Allahın Rəsulunu gözləriylə görməyib, sözlərini qulaqları ilə eşitməsələr belə yenə ona iman gətirəcəklər. Onlar kağızda yazılan sözlər vasitəsilə iman gətirəcəklər. Bu zaman onlar üçün Allah-təalanın yer üzündəki hüccəti olan öz zamanlarının İmamları belə qeybət dövrünü yaşayacaqdır.\"
Xülasə, əsrin İmamının (ə.f.) uzaq olduğu günlərdə cəmiyyətimizin yarısını təşkil edən qadınlar öz yaradıcı rollarını tanımalı və din qardaşlarıyla yanaşı İmam Zamanın (ə.f.) zühur şəraitinin yaranması üçün yorulmadan çalışaraq öz bacarıqları qədər cəhd göstərməlidirlər. Əziz və mehriban qadınlarımız öz fərdi və ictimai vəzifələrini yerinə yetirməkdə süst və etinasız olmamalı, göstərilmiş vəzifələrə əməl etməli, fəsad və eybəcərliklərdən uzaqlaşmalı, ruh və canlarını təmizləyərək cilalamalıdırlar ki, Həzrət Bəqiyyətullahın (ə.f.) həqiqi intizarında olanlardan olsunlar.
Şəhid Dəstğeyb nəql edir: \"Bir neçə il bundan öncə pak və ismətli seyyidə bir qadın cümə məscidində qılınan camaat namazına çox diqqət yetirərdi. Bir gün yaxınlaşıb mənə belə dedi:
-Neçə vaxtdır ki, cəddim Siddiqeyi-Tahirəyə (s.ə.) təvəssül edərək öz nicatım üçün ondan kömək diləyirdim. Keçən gecə röyada o həzrəti gördüm və dedim:
- Bibi, biz qadınlar nicat tapmışlardan olmaq üçün nə etməliyik?
Buyurdu:
- Siz qadınlar nicat tapmaq üçün 6 bəndə riayət etməlisiniz.
Mən isə o 6 bəndi soruşa bilmədim, yuxudan oyandım. İndi siz mənə o 6 bəndin nə olduğunu deyə bilərsinizmi?
Şəhid Dəstğeyb belə fikirləşdi ki, Quranın \"ƏL Mumtəhinə\" surəsinin axırıncı ayələrində qadınların vəzifələri və onların Rəsulullah (s.ə.v.v.) ilə etdikləri beyətin qəbul olma şərtləri yazılıb.
Sonra deyilən surənin 12-ci ayəsinə müraciət etdim, saydım. Gördüm ki, düz 6 bənddir. Daha sonra isə həmin seyyidə xanıma dedim ki, Həzrətin məqsədi elə həmin 6 bənd olmuşdur.
Onları sizə də təqdim edirik:
Mumtəhinə surəsinin on ikinci ayəsində belə buyurulur:
\"Ey peyğəmbər! İman gətirmiş qadınlar yanına gəlib səninlə beyət etmək istəsələr gərək buna (altı şərtə) riayət etsinlər:
1. Allaha heç bir şərik qoşmasınlar! ( Yəni Allahı zat və sifətlərində tək və bənzərsiz bilmək, öz əməl və ibadətlərindən məqsədləri bir olan Allaha ibadət etmək olmalıdır).
2. Oğurluq etməsinlər! (Yəni həyat yoldaşlarının, yaxınlarının ya hər hansı bir insanın malından icazəsiz və onların razılığı olmadan götürmək.)
3. Zina etməsinlər! (Qeyri-əxlaqi işlərdən uzaq olsunlar.)
4. Öz övladlarını öldürməsinlər! (Yəni övladlarını saldırmasınlar, hətta uşaqları ana bətnində ilkin formalaşma mərhələsində belə olarsa saldırılması yenə haramdır. Günah sayılmaqla bərabər gərək diyə də ödənilsin)
5. Əl-ayaqları ilə yalan toxumayıb, kimsəyə böhtan atmasınlar! (Bütün növ yalanlara şamildir: başqasından hamilə qalıb yoldaşına nisbət vermək, pak qadınlara böhtan ataraq onları zinada təqsirləndirmək (islamda buna \"qəzf\" deyilir) və s. )
6. Ey Məhəmməd! Onlara əmr etdiyinin heç biri ilə müxalifət etməsinlər! (Məsələn, namaz, oruc, həcc, zəkat, vilayət; həyat yoldaşına itaət etmək, naməhrəmlərə baxmamaq ya toxunmamaq.)
Mömin qadınlarla bu şərtlər əsasında beyət et və onlar üçün Allahdan əfv tələb et ki, Allah Bağışlayan və Mehribandır.