Xüms ili nədir?
Sual: Xüms ili nədir?
İnsanın əkinçilik, sənət, ticarət və ya müxtəlif müəssisələrdə işləməklə əldə etdiyi qazancın xümsü İmam (ə) və seyidlərə məxsusdur. Bu xüms qeyb dövründə camiuş-şərait fəqihə verilməlidir. Əlbəttə ona 1 il gözləmək fürsəti verilib. Bu müddətdə özü və ya ailəsinin ehtiyacından artıq qalmış miqdarın xümsünü ilin axrınadək ödəməlidir. Bu göstəriş əslində insan yaşayışında bir növ asanlıq sayılır. Bu bir illik fürsətə “xüms ili” və ya “vergi” ili deyilir.