Həyatda uğur qazanmaq üçün hansı yolu seçməlİ?


Biz insanlar həmişə sevirik ki, harada oluruqsa-olaq, uğur qazanaq. Cəmiyyətin ən qabaqcıl insanlarının sırasında olmaq istəyirik. Çünki bunun özü bir növ kamal hesab edilir. Bəs bu hadisə niyə hamımızın başına gəlmir?
İnsan həyatında proqramsız olmamalıdır. Səadət və tərəqqisinə hansı yoldan çatacağını proqramlaşdırmalıdır. Əgər bu həyatda bir proqramımız olmasa, şeytan bizim üçün proqram təşkil edər.
Proqram qurmaq - çox mühüm bir məsələdir və elə proqram qurmalıyıq ki, bizi səadətə çatdıra bilsin. Çünki səhv proqram ilə uçuruma yuvarlana bilərik.
Burada 3 yolumuz vardır:
1. Öz səliqə və meylinə uyğun yol seçmək.
2. İnsanların istəyinə uyğun proqram təşkil etmək.
3. Özümüzü Allaha təslim etmək, yəni özümüzü Allaha tapşıraq. Çünki O, bizə xeyir olanları bizdən daha yaxşı bilir. Allahın vacibatlarına uyğun proqram quraq və Allaha təvəkkül edək.

Birinci yol səhvdir. İkinci yol da yanlışdır. Üçüncü yol ən düzgün yoldur.
Din - insan tərbiyəsində ilk sırada durur. İnsanlar mədən kimidirlər və gərək kəşf edilsinlər. Bu da gözəl proqram olmadan mümkün deyildir. Mədən mühəndisləri yerin dərinliklərindən qızıl, gümüş və neft mədənlərini kəşf edərlər. İnsanlar da mədən kimidirlər. Həqiqi insanşünaslar gərək onları kəfş etsinlər. “(Ya Peyğəmbər!) haqqa tapınaraq ürəyini (qəlbini) bu dinə (İslam dininə) sarı döndər. Allah həmin fitri din əsasında insanları yaratmışdır. Allahın xilqətində əsla bir dəyişiklik ola bilməz (və Onun dinində də olmamalıdır). Sabit və möhkəm olan din budur. Lakin camaatın əksəriyyəti (bunu) bilmir”. (“Rum” 30).
İnsan əgər özünü unudarsa, yolunu, rəhbərini və hədəfini itirər. Heyvanların səviyyəsinə süqut edər. Çünki həqiqi hədəfini maddi rifahda görər. Bir qula çevrilər və haqq ona bir daha təsir etməz. Gah vəhşi canavar kimi olar, ya da hiyləgər tülkü kimi. Özünü itirmiş bu insan, gərək özünü tapsın.

Allahın xəlifəsi
Ey insan! Sən Allahın xəlifəsisən. Allah sənə Öz vücudundan ürüfmüşdür. Əgər günahın qabarı və qəflət insanlıq əsalətinin qarşısını almasaydı, Allah Təalanın təcəllisi olardı. Bütün əməl və rəftarı Allahla olar.
”Və (yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Həqiqətən Mən yer üzündə bir canişin (Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini) qoyacağam»”. (“Bəqərə” 30).
Yer və göydə olan hər şey sənin üçün ram edilmişdir. Bütün kainatı, ulduzları və ayları, səma və dənizi sənin üçün ram etmişdir. Sənin Allaha yaxınlaşmağın üçün bütün imkanları hazırlamışdır.
Allah ən böyük əmanətini ona tapşırmışdır. “İnsan onu boynuna götürdü”. (“Əhzab” 72).
Allah Təala buyurur: «Elə ki, onu düzəltdim və ona Öz ruhumdan (mübarək və Özümə layiq ruhdan) üfürdüm, hamılıqla ona (təzim üçün) səcdə halında üzü üstə düşün!» (“Hicr” 29).
“Həqiqətən Biz Adəm övladlarına (maddi və mənəvi nemətlərdə atanın varisi olmaqla) kəramət və şərafət bəxş etdik, onları quruda və dənizdə (hər birinə münasib miniklərə) mindirdik, onlara müxtəlif paklardan (təbiətlərinə uyğun olan şeylərdən) ruzi verdik və onları yaratdıqlarımızın bir çoxundan (canlılardan, cinlərdən və mələklərin bir çoxundan) tam üstün etdik”. (“İsra” 70).
Allah insana xəbərdarlıq edir ki, bütün bu nemətlər sənə özünü unutdurmasın. Ticarətdə uduzar və özünü ucuz satarsan. Çünki əgər maddi həyatın üçün yaşasaydın, bu qədər nemət və istedadı sənə əmanət verməzdim.
İnsan əgər kəşf edilərsə, bəs onu necə cilalamaq olar? İnsanı gərək zülmdən, cəhalətdən, xürafatdan və şirkdən təmizləyəsən. “Allah iman gətirənlərin dostu və başçısıdır. Onları (nadanlıq, küfr və itaətsizliklik) qaranlıqlar(ın)dan (elm, iman və təqva) nur(un)a tərəf çıxarır”. (“Bəqərə” 257).
İnsan əgər özünü islah etmək üçün proqram qurarsa, ibadət və təqvası sayəsində kamala çata bilər. Bu insan bütün zülmətlərdən xilas ola bilər.
Din insanın dünya və axirət salamatlığını istəyir və bunun yolunu təyyibə həyatda və təfəkkürdə görür. Hər bir elm və ya mədəniyyət ki, insanın dünya və axirət həyatına ziyan vura bilər, onu haram etmişdir. Ancaq əksinə, o şey ki, insanın ruh və cisminin inkişaf etməsinə və tərəqqisinə səbəb olar, halal və mübah adlandırılmışdır.
Bütün haram işlər insanın ruhuna ziyan vurar və onun dahi olmasına mane olar. Əksinə insan əgər ibadət edər və Allaha itaət edərsə, uğur qazanmaq yolunu özü üçün hamarlamış olar. /Deyerler.org/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter