Hər İşdən öncə Allahın adı çəkİlməsİnİn faydası nədİr?
Cavab: Allaha diqqətin əməlin paklığına təsirini nəzərə aldıqda aydın olur ki, hər hansı bir işdən qabaq Allahın adı çəkildikdə insanın diqqəti həmin işin paklığına, düzgünlüyünə yönəlir. Bu işin hətta başqa faydaları olmasaydı da, yuxarıda deyilən fayda bəs edərdi. İşin başlanğıcında Allahın adının çəkilməsi, onun müqəddəs zatından kömək istənilməsi həm də tərbiyə dərsidir. Allahın adını çəkib işə başlayan insan düzgünlüyə riayət etməyə çalışır, xəyanətdən çəkinir. Məgər bu gün cəmiyyətimizdəki bədbəxtliklərin mühüm bir hissəsini bu xəyanətlər təşkil etmirmi?!
Bundan əlavə, məhdud və zəif insan daim ilahi yardıma ehtiyaclıdır. O “bismillah” deməklə öz ehtiyacını izhar edir, Allahın sonsuz qüdrətindən yardım diləyir. Rəhim, mehriban, qadir, bacaran Allah insanı öz mərhəmət və xüsusi diqqətindən faydalandırır.