Hansı peyğəmbər (ə) behİştə axırıncı daxİl olacaq?


Allahın bəzi insanlara əta etdiyi nemətlərdən biri mal-dövlətdir. Bu mal-dövlət axirətdə ona əzab gətirə bilər. Hər bir insan bu sərvəti müxtəlif yollarda xərcləyə bilər. Bunu bilməliyik ki, bir gün gələcəkdir ki, Allah Təala həmin sərvətin hesabını bizdən alacaqdır.
Həzrət Peyğəmbərdən (s) nəql edilir ki, buyurub: “Qorxuram ki, məndən sonra ümmətimin arasında üç xüsusiyyət yayılmış olsun: Quranı öz mənasından qeyrisinə təfsir etsinlər. Səhv edən alimin ardınca getsinlər. Ya da mal-dövlətləri o qədər artsın ki, bir çox naz və neməti itirmiş olsunlar”.
Bu hədis insanların tamahkarlığına və çoxlu mal həvəskarı olmağına birbaşa işarə edir. Çoxlu mal-dövlət dedikdə Həzrətin (s) məqsədi o insanlardır ki, çoxlu sərmayə qoymağa və çox qazanmağa meyl edərlər. Bu hiss onları həlakətə gətirib çıxardar.
Bu ictimai hal o zaman meydana gələr ki, İlahi hökmlər yaddan çıxar. Mal və dövlətin ölçüsü olmaz. Mal toplamaq bəziləri üçün maneəsiz olar. Ticarətin müxtəlif sahələrində çalışan tacirlərin əlləri iqtisadi bazarda azad olar. Hər nə qədər bacarırlarsa, mal toplayarlar.
Belə bir vəziyyətdə insanları bəla gözləyər. Həzrət Peyğəmbər (s) bu əməli üsyan və tüğyanın və özünü unutmağın amili kimi dəyərləndirmişdir.
Həzrət Süleymanın (ə) malik olduğu sərvət hamımız üçün ibrət olmalıdır. Süleyman və Davud nadir peyğəmbərlər olmuşdur ki, Allah onlara padşahlıq məqamını nəsib etmişdi. İllərlə insanlara, heyvanlara və cinlərə hökumət etmişdilər.
Süleyman peyğəmbərin sərvəti haqda yazırlar ki, onun bir xalçası var idi ki, cinlər onu ipəkdən və qızıldan hörmüşdülər. Nə zaman bir yerə getmək istəyəndə, onun üzərində oturardı. Hara istəsə və nə zaman istəsə bu xalça onları aparardı. O qədər qüdrətə malik idi ki, hətta küləyi belə öz ixtiyarı altına almışdı. Küləklə söhbət edərdi.
Qızıldan bir masası var idi ki, yaqut və cəvahirlərlə bəzədilmişdi. Üç min başqa masa da onun ətrafında idi. Süleymanın yüz fərsəx ordusu var idi. 25 fərsəxi cinlər, 25 fərsəxi quşlar, 25 fərsəxi insanlar, 25 fərsəxi dördayaqlı heyvanlar idi. Cinlər ona parıldayan gövhər gətirərdilər.
Onun mətbəxində hər gün 100 min qoyun, 40 min inək kəsilər və orduya və yoxsullara yemək hazırlanardı. Ancaq özünün yeməyi arpa çörəyi idi və onu da öz əlləri ilə bişirərdi.
Bir gün əmr edir ki, heç kim saraya daxil olmasın. Özü əsasını götürüb sarayın ən yuxarı hissəsinə çıxdı. Əsasına söykəndi, öz məmləkətinə baxır və şükür edirdi.
Birdən gözü xoş simalı bir cavana dəydi. Dedi: “Sənə kim icazə verib ki, bu saraya daxil olmusan?” Deyir: “Allah”. Buyurur: “Sən kimsən?” Deyir: “Əzrayil”. Buyurur: “Nə üçün gəlmisən?” Deyir: “Ruhunu qəbz etmək üçün”. Süleyman bu qədər cah-cəlala baxmayaraq bir zərrə qədər dünyaya bağlı deyildi. Ona görə də buyurur: “Vəzifən nədirsə, yerinə yetir”. Əzrayil (ə) onun canını elə həmin halda alır. Bir neçə gün keçir. Ətrafındakılar onu bu halda görüb güman edirdilər ki, sağdır. Bəziləri hətta bu neçə gündə yemək yemədiyinə görə onu Pərvərdigar hesab edirdilər.
Bəziləri onu cadigər, sehrbaz adlandırırdı. Bəziləri də onun peyğəmbər olduğunu deyirdilər. Allah taxtabitini məmur edir ki, bu əsanı yesin. Əsa qırılan zaman peyğəmbər yerə düşür və hamı görür ki, Süleyman artıq neçə gündür ki, dünyasını dəyişmişdir.
Maraqlı nöqtə burdadır ki, Həzrət Süleyman (ə) bu qədər sərvətə baxmayaraq, dünyaya aldanmır. Dünyanı axirət yolunda xərcləmir. Ancaq Qiyamət günü behiştə girəcək sonuncu peyğəmbər olacaqdır. Çünki dünyanın haramı üçün cəza və halalı üçün hesab vardır.
Süleymanın mal-dövləti çox olduğundan, hesabı da uzun olacaqdır. Ona görə də behiştə daxil olacaq sonuncu peyğəmbər olacaqdır.
Beləliklə demək olar ki, mal-dövlət insanı bədbəxt də edə bilər, xoşbəxt də. Ancaq hər bir halda haram mala görə cəzalanar və halal mala görə hesaba çəkilər.

(Tebyan/ Deyerler.org)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter