Həzrət Peyğəmbər (s) yatmaqdan əvvəl hansı əməllərİ tövsİyə etdİ?


Övladın xoşbəxt olması hər bir ata və ananın arzusudur. Xüsusilə də o zaman valideyn özünü xoşbəxt hiss edir ki, övladı mənəvi kamala çatır.
Həzrət Fatimə (s.ə) nəql edir: “Yatağımı sərən zaman Rəsullah (ə) mənə buyurdu: “Ey Fatimə! Gecə dörd əməli görməmiş yatma!

1. Quranı xətm et!
2. Bütün peyğəmbərləri (ə) öz şəfaətçin qərar ver.
3. Bütün möminləri özündən razı sal.
4. Həcc və ümrəni yerin yetir”.

Çox təəccübləndim. Həzrət (s) bunu buyurdu və namaz qılmağa başladı. Səbir etdim ki, namazı bitsin. Dedim: “Ya Rəsulallah! Mənə dörd şeyi əmr etmisən, ancaq mən onlara qadir deyiləm”.
Həzrət (s) gülümsədi və buyurdu:
“İxlas” surəsini üç dəfə oxusan, Quranı xətm etmiş kimi olarsan.
Mənə və məndən əvvəlki peyğəmbərlərə (ə) salavat göndərsən, Qiyamət günü sənin şəfaətçin olarıq.
Möminlər üçün istiğfar etsən, onların hamısı səndən razı olarlar.
“Təsbihati-ərbəəni” desən, həcc və ümrəni yerinə yetirmiş olarsan”.

(Tebyan/ Deyerler.org)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter