Əsrin imamı (əc) qocalmır. Niyə?


İrad tutulan şübhələrdən biri də budur ki, bir insanın min yüz yetmiş ildən artıq yaşaması necə mümkündür? Hədisdə belə deyilir: “إِنَّ الْقَائِمَ هُوَ الَّذِي إِذَا خَرَجَ كَانَ فِي سِنِّ الشُّيُوخِ وَ مَنْظَرِ الشُّبَّان” (İmam Zaman (əc) zühuru zamanı qocalar yaşında, cavanlar simasında olacaqdır.) İmam Zamanın (əc) hüzuruna çatmış, yaxud şiə alimləri nəql etmişlər ki, onların hamısı İmamı (əc) otuz beşdən qırx yaş arasında görmüş və ziyarət etmişlər. Yuxarıdakı şübhə və iradın müxtəlif cavabları var. Onlardan biri budur: Biz insanlar zaman və məkana məhkumuq. Zaman ötdükcə, mən və siz qocalırıq. Bütün bədən üzvlərimiz köhnəlir. Saqqalımız ağarır. Eynəkdən istifadə edirik. Eşitmə aparatına və əsaya möhtac oluruq. Sümüklərimiz çürüyür. Deməli, mən və sizlər zaman və zaman məfhumuna məhkumuq. Lakin, İmam Zaman (əc) zaman və zaman məfhumunun hakimidir və onlara hökmranlığı var. Buna görə də, zaman, Zamanın Sahibinə (əc) təsir qoya bilmir. Zaman mənə və sizə təsir qoya bilir. Amma, Zəhranın (s.ə.) əzizinə təsir qoya bilmir. Məkan baxımından da hər bir yerdə hazırdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter