KİYSANİYYƏ İNANCI İMAMƏT BARƏDƏ NECƏDİR?


Bu firqənin mənsubları, həzrət Əlinin (ə) azad etmiş köləsi olan Kisanın əshabından sayılırdılar. Onlar həzrət Əlinin (ə) Həsən və Hüseyndən (ə) sonra böyük oğlu olan Məhəmməd Hənəfiyyənin İmamətinə inanırdılar. Lakin cənab Məhəmmədin belə bir iddiası yox idi. Əksinə, ona Seyyidüt-tabein (tabe olanların ağası) deyirdilər. Elm, zöhd, vər᾽ə təqva və Mövlanın əmrinə itaət etməkdə məşhurdur.
Bə᾽zi azğınlar, onun İmam Zeynul-Abidin (ə) ilə müxalifət etmə hadisəsini bəhanə edərək, bunun Kisanın İmamətliyinə bir dəlil olmasını iddia edirdilər. Həqiqətdə bu hadisə, İmaməti iddia etmək məsələsi deyildi. Cənab Məhəmmədin bu müxaliflikdə məqsədi, dördüncü İmam həzrət Səccadın (ə) məqamını isbat etmək və bu yolla hər şeydən xəbərsiz və saf müridlərinə özünün bu məqama layiq olmadığını bildirmək idi.
Çünki hədis və tarix kitablarında təfərrüatlı bir şəkildə nəql edilmişdir. Məscidül-hərəmdə Həcərul-Əsvəd qarşısında haqq sabit olduqdan sonra Həcərul-Əsvəd həzrət Səccadın (ə) İmamətliyini iqrar etdi. O cənabın İmamətliyinə inananların önündə gələn Əbu Xalid Kabuli, Məhəmməd Hənəfiyyənin İmamətliyinə inanan bir qrup camaatla bərabər, cənab Məhəmməd Hənəfiyyəyə təslim olaraq, İmam Səccadın (ə) İmamətliyini e᾽tiraf etdilər.
Lakin bir qrup saxtakarlar və hər şeydən xəbərsiz cahil avamlar, o inanca bağlı qalmadılar. Onlar bəhanə gətirərək deyirdilər: «Məhəmməd təvazökarlıq göstərmişdir və Bəni-Üməyyə qarşısında siyasət belə tələb edirdi; buna əsasən, cənab Məhəmmədin İmam olması qətidir».
Bunlar Məhəmmədin vəfatından sonra da eyni inanc üzərində sabit qaldılar; Onlar «Cənab Məhəmməd ölməmişdir, o Mədinə yaxınlığında Rəzəvi dağında qeybə çəkilmişdir, bir zaman gəlib dünyanı ədalətlə dolduracaqdır» deyirdilər. Daha sonra dörd firqəyə ayrıldılar: «Muxtariyyə, Qürəbiyyə, İshaqiyyə, Hərbiyyə». Hal-hazırda belə bir inancın ardıcıları qalmamışdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter