Kədir və Səviq yürüşü nə zaman baş verdmişdi?


Hicrətin ikinci ili
Kədir yürüşü

Kədir məntəqəsi Bəni-Səlim qəbiləsinin məskunlaşdığı ərazi olmuşdur. Adı çəkilən qəbilənin müsəlmanlara qarşı silah toplaması barədə Mədinəyə məlumat daxil olur. Peyğəmbər (s) İbn Ummi Məktumu öz yerində qoyub özü ordu ilə birlikdə Kədirə tərəf yola düşür. İslam ordusu çatana qədər düşmən dağılıb getmişdi. Heç bir döyüş baş vermədən Peyğəmbər (s) Mədinəyə qayıdır. Arxayın olmaq üçün Qalib ibn Abdullahın başçılığı altında kiçik bir qrupu bir daha həmin əraziyə göndərir. Bu dəstə üç şəhid verərək qələbə ilə geri dönür.

Səviq yürüşü

Cahiliyyət dövr ərəbləri bəzən çox qəribə nəzirlər edirdilər. Məsələn, Bədr döyüşündən sonra Əbu Sufyan nəzir etmişdi ki, Qüreyşdən ölənlərin intiqamını müsəlmanlardan almayınca heç bir qadınla yatağa girməyəcək. O, sözünün üstündə durmaqdan ötrü hücum etmək məcburiyyətində idi. Mədinədən kənarda məskunlaşmış Bəni-Nəzir yəhudilərinin başçısı Səllam ibn Müşkəmin bələdçiliyi və iki yüz nəfərlik ordunun müşayiəti ilə Üreyz məntəqəsində bir xurma bağına od vurub bir nəfər müsəlmanı da qətlə yetirir. Hadisədən xəbər tutan bir nəfər dərhal Mədinədən çıxıb düşməni təqib edir. Lakin Əbu Sufyanın qoşunu müsəlmanların əlindən qaçıb qurtara bilir. Düşmən yol boyu səviqlə dolu (un və xurmadan hazırlanmış yemək növü) kisələri atıb qaçmışdı. Müsəlmanlar kisələri də yığıb Mədinəyə qayıdırlar. Buna görə yürüşü Səviq yürüşü adlandırmışlar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter