Quranİ-məcİddə qəlb, göz və qulaq haqqında nə buyurulur?


Cavab: Bəzi təfsirçilərin fikrincə, ayədəki “cəm” kəlməsi “qulaq” yox, eşitmə kimi tərcümə olunmalıdır. Eşitmə isə məsdər olduğundan əlavə edildiyi kəlmənin halı ilə müəyyənləşir. Yəni ayə “Allah onların qəlblərinə və eşitməsinə möhür vurmuşdur” kimi tərcümə olunarsa, “eşitmə” “onlar” kəlməsinə bağlandığından cəm formanı bildirər.
Başqa bir qrup təfsirçi isə qulaq kəlməsinin tək halda işlənməsini qulağın məhdud fəaliyyəti ilə əlaqələndirmişlər. Onların fikrincə, qəlb və gözün fəaliyyət sahəsi çeşidlidir. Məsələn, göz rəngləri, ölçüləri hiss edir, qəlb isə kədər, sevinc, qəzəb kimi hissləri yaşayır. Qulağın isə yeganə fəaliyyəti səsin eşidilməsidir. Həqiqətən də, qulaq müxtəlif səslər eşitmiş olsa da, onun fəaliyyət sahəsi gözün fəaliyyət sahəsi kimi rəngarəng deyil.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter