Dövlət İşçİlərİnİn maaşına xüms düşürmü?


Sual: Dövlət işçilərinin maaşına xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Bəli, xüms ilindən artıq qaldıqda xüms düşür.

Sual: Xüms ili çatdıqda dövlətdən aldıqları maaşı bir başa hesablarına köçürən şəxslərin puluna xüms düşürmü? Yoxsa bankdakı pulu olmayanadək xüms düşmür?
Bütün müctəhidlərin rə`yi: Bir başa bankdakı hesaba köçürülən maaşa xüms düşür. Baxmayaraq ki, hesabındakı pulu bankdan almayıb.

Sual: Mən dövlət işçisiyəm və hər ay maaşımı bankdakı hesabıma köçürürlər. Xüms ilindən iki gün əvvəl xəbərim olmadan maaşımı banka köçürüblər. Xüms ilindən on gün sonra bu işdən xəbər tutmuşam. Əgər vaxtında bilsəydim maaşı ehtiyaclarıma sərf edəcəkdim. Mənim maaşıma xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Xəbəriniz olmasa da, birbaşa bankdakı hesaba köçürülən maaşa xüms düşür.
İzah: Əmlaka xümsün düşməsində elm və cahilliyin tə`siri yoxdur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter