QURANIN ENERJİSİ NƏDƏN İBARƏTDİR?


Bu təcrübə Quranın insana şəfaverici təsirini sübut etmək məqsədilə Florida ştatının Panama şəhərinin Əkbər xəstəxənasında aparılmışdır.

Təcrübə üçün seçilən qadın və kişilər müxtəlif yaş kateqoriyalarına aid könüllülər idilər, onlar müsəlman deyildilər və ərəb dilini bilmirdilər. Təcrübə bir il davam etdiş. Nəticə çox təsiredici idi! Quran dinləyən könüllülərin 97%-i stressdən, gərginlikdən azad oldu.
Bu dinləyicilərin orqanizmindəki dəyisiklikləri qeyd edən cihazlar vasitəsilə müəyyən edildi. Xüsusilə, dəriyə, ürəyin işinə, temperatura və s.-ə olan təsir təsbit edildi. Eyni vaxtda digər orqanların da işindəki dəyişikliklərə nəzarət olunurdu. Quran surələrinin səsli oxunuşu insanın əsəb sisteminə müsbət təsir göstərirdi.

Təcrübə göstərdi ki, Quranın müəyyən surələri insana müsbət təsir edən enerjiyə malikdi.

Təcrübələrin birinci hissəsinin nəticələri Cənubi Amerika İslam tibb Konfransının 17-ci illiyinə həsr olunmuş tədbirin iştirakçılarına təqdim olundu (Missuri, 1984-cü il, avqust). Təqdim olunmuş materiallar böyük marağa səbəb oldu və razılıqla qarşılandı. Həqiqətən də, təəccüblüdür ki, Quran təkcə insanın ürəyinə deyil, onun bədəninə də şəfa verir. Axı Quranı dinləyən könüllülərin bu kitab haqda heç bir təsəvvürü yox idi. Onların bədənlərinin bu cür reaksiya verməsi onu sübut etdi ki, Quran –Allahın sözüdür. Məhz Quranın seçilmiş xüsusi ayələrinin bərkdən oxunuşu zamanı əvvəllər basqa nəyinsə oxunuşu zamanı rast gəlinməmiş hadisə müşahidə olunurdu. Bu həm də Quranın öz sözünü təsdiq edir: “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırar” (“Əl-İsra” surəsi, ayə 82).

Tərcümə etdi: Zeynəb Baxşəliyeva(quranevi.az)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter