MƏADIN OLMAMASINA ƏQLİ DƏLİL YOXDURMU?
Ölümdən sonra sual-cavabın olmayacağına kimin dəlili var?! Kim iddia edə bilər ki, qəbir sıxıntısı, bərzəx və Qiyamət yoxdur?! Siz əql sahibləri özünüz mühakimə edin: bir astronomun “Marsla Merkuri arasında dörd min ulduz var” deməsi ilə Həzrət Peyğəmbərin “kafir üçün qəbirdə 99 əjdaha var” deməsinin nə kimi fərqləri var? Əgər kimsə iddia edərsə, astronom hiss vasitəsilə deyib, bilməlidir ki, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) də hiss vasitəsi ilə xəbər verib. Dində məhşur “Mer”ac“ gecəsində o Həzrət hər şeyi gövdü və müqəddəs ruhu hər şeydən xəbərdar oldu. bəli, hissin əyri-əskiyi ola bilər, amma Həzrətin qəlb gözü yanıla bilməz.
HƏZRƏT MƏHƏMMƏD (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM) MÜTLƏQ DOĞRUÇUDUR
Bəli Həzrət (səlləllahu əleyhi və alihi və səlləm)-in buyurduqları atronomların dediklərindən qat-qat ucadır. Onun dediklərini inkar etmək əqli zəiflikdəndir. Buyurduqlarının ziddinə heç bir dəlil olmayan Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) mütləq doğruçudur. Hələ İslamdan əvvəl onu Məkkədə “Əssadiqül-əmin” adlandırmışdılar. Onun peyğəmbərlik sənədi və əbədi mö”cüzəsi Qur᾽ani-Kərim hər zaman qarşımızdadır. Belə bir şəxsin qəbir sorğusu, Qiyamət barədə buyurduqlarını necə qəbul etməmək olar?!