Yalançılar mömİn Hesab OLUNURMU?
Qurani-Məcid»də yalançılar mömin hesab olunmur. Onlar Allah ayələrinə qarşı kafir olanlar və inkar edənlər cərgəsində hesab edilir:
“Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançıdırlar!” («Nəhl» - 105).
Yalan əxlaqsızlıq və mənəvi pozğunçuluqdur
Başqa bir yerdə Allah-təala yalanı əxlaqsızlıq və mənəvi pozğunluq kimi qiymətləndirərək buyurur:
“Həccdə olarkən (qadınla) yaxınlıq, söyüş söyüb pis sözlər (yalan) danışmaq və dava-dalaş etmək yaramaz.” («Bəqərə» - 197).
Allahın hidayətindən məhrum olmaq
Allah-təala «Qurani-Məcid»də buyurur:
“Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz! («Zümər» - 3).
“Şübhəsiz ki, Allah həddi aşanı, yalançını doğru yola müvəffəq etməz.” («Əl-mömin» - 28).
Yalançı Allahın rəhmətindən uzaqdır
«Mübahilə» (biri-birinə qarğış etmək) ayəsində və lənətləməyə aid olan başqa ayələrdə yalançılar Allahın lənətinə şamil olunmuşlar. «Mübahilə» ayəsində buyurulur:
“..... Sonra (Allaha) yalvarıb yalançılara lənət etməsini diləyək”.
Lənətləmək ayəsində buyurur:
“..... Əgər yalan deyirsə, Allah ona lənət eləsin!” («Nur» - 7).
Bu ayələrin ümumiliyə aid olmayıb yalanın xüsusi bölmələri haqda nazil olmasına baxmayaraq, qısaca da olsa, yalançıların aqibətinin Allahın lənət və tənəsi ilə bitəcəyinə işarə edir.
İndi isə yalançının vəhy dilində Allahın lənət və xalqın tənəsinə məruz qalmasına diqqət yetirməklə, lənətin xüsusiyyətlərini və ona aid olan məsələləri qısaca izah etmək məqsədəuyğun və münasib olardı. Ola bilsin ki, bu izah öz dillərini islah etməkdə daha çox çalışmaları üçün möminlərin ayılmasına səbəb olsun.
Lənət nədir?
Rağib İsfahani “lənət” sözünün leksik mənasını belə izah edir:
“Lənət qəzəb və acıqlı halda qovmaq və uzaqlaşdırmaqdır. Allahın lənəti axirətdə cəza kimi üzə çıxacaqdır. Dünyada isə Allahın rəhmət və yardımından məhrum etməkdir. Əgər lənət camaat tərəfindən olarsa, bir-birinə qarşı qarğış mənasındadır.”
Sual:
Allahın lənətinə gəlmiş şəxsin aqibəti necə olacaqdır?
Cavab:
“Qurani-Kərim”də bu barədə açıq-aydın və qətiyyətlə buyurulur:
“..... Allahın lənət etdiyi şəxsə isə heç bir kömək edən tapa bilməzsən!” («Nisa» - 52).
Başqa bir yerdə isə buyurur:
“..... Qəzəbimə düçar olan isə mütləq uçuruma düşüb bədbəxt (cəhənnəmlik) olar.” («Taha» - 81).