Qorxu nədİr və nəyə görə qorxuruq?
Qorxu - elə bir hiss və həyacandır ki, biz özümüz onu zehnimizdə meydana gətiririk. Problem o zaman başlayır ki, bu həyəcan və hisslər həyatımıza xoşagəlməz təsirlər qoyur.
Ona görə də bizim bəzi hadisələrə və bəzi işlərə qarşı qorxumuz vardır. Bəzən qorxuruq ki, hansısa bir işi görə bilməyəcəyik. Bu qorxu əvvəllər görə bilmədiyimiz işlərin təcrübəsindən irəli gəlir.
Çox zaman biz elə şeylərdən qorxuruq ki, ömrümüzdə heç onunla rastlaşmamışıq.
Mark Tven deyir: “Mən həyatımda çox sayda çətinliklərə dözmüşəm. Halbuki, onların çox azı həqiqətdə baş vermişdi”.
Problem bundandır ki, biz insanların bir çoxu bəzən həyatda baş verməyən şeyləri zehnimizdə canlandırır və ondan qorxmağa başlayırıq. Bu qorxu insanın iş həyatına xüsusilə mənfi təsir qoyur. İnsan elə bilir ki, heç nəyə qadir deyildir və heç biri işi görə bilməz. Halbuki, həmin işi heç təcrübədən keçirtməmişdir.
İnsanın iş həyatında nailiyyət qazana bilməsi müvəffəqiyyət sözünə tərif verməyindən asılıdır. Çünki hər insan bir cür tərif verir.
- Biri belə deyir: “Hər gün səhər yuxudan ayılıram, sağam, fürsətim var ki, müvəffəq olam”.
- O birisi isə deyir: “Əgər bir ildə 1 milyon dollar gəlirim olsa, müvəffəq sayılaram”.
Birinci şəxsin verdiyi cavaba görə müvəffəqiyyətə çatmaq yolu çox asandır Ancaq ikinci şəxs o zamana qədər ki, 1 milyon qazanmayacaq, özünü müvəffəq hesab etməyəcəkdir. Belə bir insan özünü iş həyatında kompleksli aparacaq və hər bir addımından qorxacaqdır. İnsan qarşısına elə bir hədəf qoymalıdır ki, ona çatmaq həyatını çətinliyə salmasın, əksinə həyatına sevinc qatmalıdır. Çünki bu zaman insan özünü xoşbəxt hiss edə bilər.
İnsan müvəffəqiyyət qazanmağı özü üçün hər nə qədər çətinləşdirsə, ona çatmaq qorxusu daha çox artacaqdır. Ona görə də müvəffəqiyyətə verdiyiniz tərif sizi pis vəziyyətə salmamalıdır. Siz özünüz müvəffəqiyyətə tərif verməyə çalıışın, başqalarının tərifindən istifadə etməyin. Əgər onu sadə etsəniz, həyatınız da sadə olar, ancaq əgər çətinləşdirsəniz, məğlub olmaq hissi sizi bürüyəcəkdir.
Bununla yanaşı, insan hər bir məğlubiyyəti qələbə kimi görməlidir. İnsan məğlub olan zaman başa düşür ki, hansı işi görməz olmaz. Bu zaman qarşınıza yeni yollar açılar, beləliklə yeni bir müvəffəqiyət qazanmış olarsınız.
Bunu yadda saxlayın ki, keçmişlə indi bir deyildir. Keçmişdə məğlub olmusunuzsa, bu gələcəkdə də məğlub olacağınız demək deyildir. İnsan gərək keçmiş səhvlərindən ibrət alsın və öz iş metodunu dəyişməyə çalışsın. Ona görə də qorxmayın və irəli getməyə çalışın. /Deyerler/