Zülqərneyn günəşİn batdığı yerdə nə gördü?
Cavab: İslam alimləri və təfsirçilərinin son araşdırmalarına əsasən Zülqərneyn məğribdən hərəkət edərək, dərya sahilinə çatdı. Günəşin qürub çağı Zülqərneyn sahildə dayanmışdı və günəşin heyranedici qürub səhnəsinə tamaşa edirdi. Yer kürə formasında olduğundan günəşin qürub vaxtı sahildə olan hər bir insan günəşin dənizdə batdığını görür. Bu ayə sadəcə оnun hisslərini bəyan etmişdir. Demək, ayə yerin kürə formasında olması ilə tam uyğundur. Qara, bulaşıq çeşmə isə Zülqərneynin qarşısında dalğalanan dərya olmuşdur. Bəs nə üçün Quranda bu dərya böyük su kütləsi kimi yad edilir. Dəniz və okeanlar suyu çox olduğundan çaylar uzun yollar keçib, nəhayətdə bu böyük su kütlələrinə qovuşur. Deməli, çaylar, dənizə, dənizlər isə okeanlara üz tutmuşdur. Ona görə də Quran Zülqərneynin qarşısındakı dəryanı böyük su kütləsi adlandırır.
Bəs nə üçün Quran dəryanın suyunu qara, bulaşıq kimi yad edir. Bunun bir neçə səbəbi vardır:
1. Adətən, dənizlərin sahili bulaşıq olur;
2. Günəş qürub etdiyi vaxt dənizin suyu qara rəngə çalır
3. Su kütləsi artıb dərinləşdikcə onun maviliyi də tündləşir və qara rəngə çalır. Quran bu tünd rəngi bulaşıq kimi təsvir etmişdir.