Zühur vaxtında insanların 3/1-nin öldürüləcəyi anlayışı doğrudurmu?


Bu anlayış zühurun qəti olmasını xatırladır. Yəni zühur vaxtı insanlar hidayət olunmaqdan çəkinib İmamla mübarizəyə qalxsalar, onların öldürülməsi şübhəsizdir. Amma bu o demək deyil ki, zühur vaxtı insanların mütləq 3/1 -i öldürüləcəkdir. Necə ki, ayrı bir hədisdə: “Hətta dünyanın sonuna bir gün qalsa belə, Allah o günü İmam zühur edənə qədər uzadacaqdır”- deyə buyrulur. Bu, İmamın hakimiyyətinin təkcə bir gündə olacağı demək deyil. Belə ifadələrlə -qeyd etdiyimiz kimi- zühurun qəti olması xatırlanmışdır. Biz sevimli İmamımız haqqında müsbət düşünməli, onun mehribanlığına və səmimiliyinə inanmalıyıq. O həzrət adi insanlarla deyil, yalnız onun ədalətli hakimiyyətinın qarşısında sədd çəkənlərə qarşı vuruşacaq və onları qətlə yetirəcəkdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter