Cİnsİ ehtİras, şəhvətə qarşı nə edək?


Bu meyli Allah yaratdığı üçün onu birdəfəlik boğmaq düzgün deyil. İnsan nəslinin davamı üçün zəruri olan bu meylə, sadəcə, nəzarət etmək lazımdır. İştaha olmasa, insan acından ölər, qəzəb olmasa yaşamaq uğrunda mübarizə olmaz şəhvət olmasa, insan nəsli kəsilər. Amma ehtirası halal yolla tə`min etmək lazımdır. Ehtiras qaz balonu kimidir. Düzgün istifadə edilsə fayda verər, nəzarətsiz qalsa partlayışa səbəb olar.
Bəzənib-düzənmə qadınlar üçün təbii istəkdir. Əgər qadın evdə öz həyat yoldaşı üçün bu işi görərsə, ailədə məhəbbət artar. Amma qadının bəzənib küçəyə çıxması ailənin möhkəmliyini sarsıdır. Küçədə yüzlərlə bəzənmiş qadınlarla rastlaşan kişi öz həyat yoldaşına qarşı biganə olur.
Subay insanlar isə ehtirası oyadan mənzərələrlə qarşılaşdıqda psixoloji rahatlığını itirir, şam tək yanır. Gördüyü mənzərələrdən ehtirası alovlanmış insanların bə`ziləri özünü cilovlaya bilir, bə`ziləri isə hətta cinayət yolu ilə də olsa, bu ehtirası söndürməyə çalışır. Ehtirası alovlanmış bə`zi gənclər evdən qaçır, özünü öldürür, müxtəlif cinsi xəstəliklərə yoluxur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter