Bütün İşlərİmİzə İlahİ rəng vura bİlərİkmİ?
Qur`an buyurur ki, işlərinizə ilahi rəng verin. İlahi rəng vurmaq Allahın razılığına uyğun iş görməkdir.
Məsələn, xanımınıza aldığınız paltarı ona həzrət Fatimənin (ə) doğum günü təqdim etsəniz, işinizə ilahi rəng vurmuş olarsınız. Bir yerdə əyləşərkən üzüqibləyə əyləşsəniz Allahın razılığını qazanarsınız.
Həzrət Əli (ə) qonaq gedərkən əvvəlcə evdə yeyər, sonra gedərdi. Soruşanlara bildirərdi ki, qonaqlığa getməkdə məqsəd mö`minlə görüş olsa daha yaxşıdır.
Qur`anda bəyan olunur ki, axirət üçün çalışan insan dünyadan da faydalanırsa, dünya üçün çalışan insan axirətdən məhrum olur.