Nə üçün İnsanlar fərqlİ yaradılıb?
Əlinə qələm götürmüş yazıçı əgər bütün səhifələrdə hərfləri eyni ardıcıllıqla düzsə, onun yazdığına heç kim kitab deməz, onunla maraqlanmaz. Əgər sözlər, cümlələr, səhifələr bir-birindən fərqlənirsə bunu zülm adlandırmaq olmaz. “T” hərfi deyə bilməz ki, nə üçün mən ayaq üstə qalmışam, amma “ş” oturub!
Qab-qacaq sexində müxtəlif ölçülü qablar hazırlansa da, kimsə sex rəisini bu fərqə görə ittiham etmir. Çünki, hər ölçüdə olan boşqabın öz tə`yinatı var.
İnsanların fərqli yaradılması zülm yox hikmətdir. Hər bir insan ona verilmiş imkanlar həddində cavabdehdir. Ömür boyu korları məsxərəyə qoyub, özü naməhrəmə baxmaqdan çəkinməyən insan qiyamət əzabı ilə qarşılaşacağı vaxt −“kaş kor olaydım” deyə təəssüf edəcək.