Əhli-sünnə ardıcılları da, İmam Mehdiyə (əc) inanırlarmı?
Bu suala cavab vermək üçün bir neçə Əhli-sünnə aliminin sözlərini nəzərinizə çatdırırıq:
Suveydi:
“Bütün alimlərin fikrincə, İmam Mehdi (əc) dünyanın sonunda qiyam edəcək və yer üzünü ədalətlə dolduracaqdır. Mehdinin (əc) zühuru haqqında çoxlu hədislər vardır.” ( ? zəhəb, səh. 78)
İbn Əbil-Hədid:
“Bütün müsəlmanlar buna etiqad bəsləyir ki, zamanənın sonunda Əhli-beytdən (ə) olan bir kişi ayağa qalxacaq, dini təsdiq, ədaləti bərpa edəcəkdir. Bütün müsəlmanlar ona itaət edəcəklər. Onun adı Mehdidir (əc).” (İbn Xəldunun müqədimməsi , səh.362)
Əbu Abdullah Fəqih Məhəmməd ibn Yusif Gənci Şafei:
“Şübhəsiz, Mehdi (əc) həzrət Əsgərinin (ə) övladıdır. O qeybət dövründən indiyə kimi yaşayır. Onun indiyə kimi yaşaması həzrət İsa (ə), Xızr (ə) və İlyasın (ə) yaşamaları kimidir.” (Əl-bəyan fi əxbari sahibəz-zaman, 20-ci babın axırı)