Sehrbazlığa icazə varmı?


Qurani-kərimdə «sehr» kəlməsi və onunla tərkiblənmiş kəlmələrlə rastlaşırıq. Onun həqiqət olması təsdiq olunmuşdur. Misal üçün «Bəqərə» surəsində oxuyuruq:
«Süleyman heç bir vaxt (əlini sehrə bulaşdırmadı) kafir olmadı; lakin şeytanlar küfr etdilər və camaata sehr öyrətdilər...»
Bu ayədə insanlara sehr öyrətmək, şeytanların kürf etməsinin dəlili kimi tanıdılmışdır.
Sehr elminin öyrənilməsi və istifadəsi oluması İslamda haram sayılır. Əlbəttə, belə bir işlə məşğul olan üçün ağır cəza təyin olunmşdur.
Əmirəl-möminin Əli (ə) buyurur:
«Hər kəs az, yaxud çox sehr öyrənsə, karif olar və onun Allahla əlaqəsi bir dəfəlik kəsilər. Tövbə etdiyi hal istisna olmaqla, onun cəsası ölümdür.»
Əlbəttə, sehr elminin öyrənilməsi və istifadəsinə o zaman icazə verilir, hətta bəzən vacib olur ki, sehrbazların sehrini batil və başqalarını xilas etmək üçün olsun.
Bir kişi İmam Sadiqin (ə) yanına gəlib dedi: «Mənim sənətim serhbazlıqdır və (bununla) camaatdan pul alıram. Amma indi tövbə etmişəm. Mənim üçün nicat yolu varmı?» Həzrət onun cavabında buyurdu:«(Camaatın düyününü) Aç! Amma (camaatı sehr və cadu ilə) düyünləmə!»


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter