QURAN BAXIMINDAN DÜŞÜNCƏNİN BÜDRƏMƏ YERLƏRİ HANSILARDIR?


Təfəkkürə və zehni nəticə çıxarmağa də`vət edən, təfəkkürü ibadət bilən, inanc prinsiplərini yalnız məntiqi təfəkkürlə doğru sanan Qur`ani-kərim əsas bir mətləbi nəzərdən qaçırmamışdır ki, bəşərin düşüncə büdrəmələri haradan qaynaqlanır? Və xətaların, əyintilərin kökü haradadır? İnsan xətaya, sapqınlığa düçar olmadan düzgün düşünmək istədiyi halda nə etməlidir?
Qur`ani-kərim bir sıra işləri (fikri) xətaların, büdrəmələrin, azğınlıqların səbəbi kimi qələmə verir:
1. Elm və yəqin əvəzinə zənn və gümana (ehtimala) istinad etmə
Qur`anda buyurulur:
و ان تطع اكثر من فی الارض يضلک عن سبيل الله ان يتبعون الا الظن
“Əgər yer üzündə onların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar zənnə uyar və ancaq yalan danışarlar!”
Qur`ani-kərim bir çox ayələrdə zənn və gümana e`tina etməyi tənqid atəşinə tutur. İsra surəsində buyurulur:
و لا تقف ما ليس لك به علم
“Elm və yəqin ələ gətirmədiyin məsələni davam etdirmə (onu qəbul etmə).”
Hazırda fəlsəfi nəzərdən bəlli olmuşdur ki, ehtimala arxalanma səhv və yalnışlıqların başlıca amillərindən biridir. Rone Dekart Qur`andan min il sonra ilk məntiqi prinsipini bu şəkildə quraraq, dedi:
“Tam açıqlığı ilə mənə aydın olmayan heç bir şeyi həqiqət bilmirəm və tələskənlik, zehni irləliləmə və meylləmədən çəkinməliyəm. Müstəsna təşkil edənlər, ap-açıq aydın və heç bir şəkk-şübhə olmayandır.”

2. Nəfsani meyllər
Düşündüyü mətləblə bağlı düzgün mühakimə yürütmək istəyən adam tam şəkildə bir tərəfliyi qorumalı, yə`ni həqiqətsevrə və arqumentlərə-sənədlərə təslim olmağa çalışmalıdır; eynilə bir dosyanın hakim kimi, iddianın hər iki tərəfinə (hər iki iddiaçıya) tərəfsiz münasibət bəsləməlidir. Əgər hakim şəxsən bir tərəfə meyllənərsə, istər-istəməz həmin tərəfin arqumentləri nəzərini daha çox cəlb edəcək və digər tərəfin lehinə bu tərəfin isə əleyhinə olan dəlillər diqqətindən yayınacaq, elə bununla da səhvə yol verəcəkdir.
İnsan öz düşüncələrində, bir mətləbin isbatı ya inkarına nisbət tərəfsizliyini qorumasa və nəfsi istəkləri bir tərəfə əyilsə, istər-istəməz heç özü də bilmədən, düşüncə saatının əqrəbi nəfsani istəklərinə tərəf yönələcəkdir. Elə bu səbəbdən Qur`ani-kərim nəfsani meyli də zənn və gümana əsaslanmaq kimi, büdrəmənin səbəblərindən biri sayır. Bu barədə ən-Nəcm surəsində belə buyurur:
ان يتبعون الا الظن و ما تهوی الانفس
“(Onlar) zənn, güman və öz nəfslərinin istədiyindən başqa, heç nəyə itaət etməzlər.”

3. Tələsgənlik
Hər bir mühakimə və fikir söyləmək üçün müəyyən miqdarda lazımi sənədlərə ehtiyac var. Bir məsələdə kifayət qədər sənədin toplanmadığı bir halda fikir söyləmək, tələsmək düşüncədə sapqınlıqla nəticələnəcəkdir. Qur`ani-kərim dəfələrlə insanın elmi sərmayəsinin az olmasına və bir sıra böyük mühakimələrdə işarə edərək, tam yəqinlik bildirməyi ehtiyatdan uzaq sanır. Məsələn buyurur:
و ما اتيتم من العلم الا قليلا
“Sahib olduğunuz mə`lumat azdır və sizin mühakimə yürütməyiniz üçün yetərsizdir.”
İmam Sadiq (ə) buyurdu: Allah Qur`anda iki ayə ilə ədəbləndirdi: birincisi budur ki, bilmədikləri şeyi təsdiqləməsinlər (bir şeyin təsdiqində tələskənlik), digəri isə bilmədikləri və elm və yəqin mərhələsinə çatmadıqları məsələləri nəfy etməsinlər (inkarda tələskənlik).
Allah-taala bir ayədə buyurur:
الم يؤخذ عليهم ميثاق الكتاب ان لا تقولوا علی الله الا الحق
“Məgər onlardan kitabda (fitrət kitabı ya səmavi kitablar) əhd alınmadımı ki, haqqdan (haqq olması isbatlanan) başqa heç nəyi Allaha nisbət verməsinlər?”
Başqa bir ayədə buyurur:
بل كذبوا بما لم يحيطوا بعلمه
“O kafirlər elmini qavraya bilmədiklərini (tanımadıqlarını) təkzib etdilər.”

4. Ən`ənəviçi və köhnə baxışlı olmaq
İnsan ilkin təbiətinə -xarakterinə əsasən keçmiş nəsillərin, müəyyən bir fikri, əqidəni qəbul etdiyini gördükdə, barəsində fikirləşməyən imkan tapmadan avtomatik olaraq onu qəbul edir. Qur`an bizə xatırladır ki, uluların inanclarını, əqidələrini madam ki, əql me`yarı ilə ölçməmisiniz, qəbul etməyin, onların (keçmişlərin) inancları qarşısında bağımsız düşüncəyə sahib olun. Bəqərə surəsi 170-ci ayədə buyurur:
و اذا قیل لهم اتبعوا ما انزل الله قالوا بل نتبع الفینا علیه ابائنا او لو کان اباؤهم لا يعقلون شيئا ولا یهدون
“Onlara (bütpərəstlərə): “Allahın göndərdiyinə (Qur`ana) tabe olun!” –deyildiyi zaman, onlar, “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!” –deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildirlərsə necə? (Yenədəmi onlara tabe olacaqlar?)”

5. Şəxsiyyətpərəstlik
Şəxsiyyətlərə təmayül, düşüncə xətalarının amillərindən biridir. Antik və çağdaş dövrünün tarixi şəxsiyyətləri qəlblərdə kök salmış əzəmətə görə başqalarının fikri, düşüncəsi, qərarı və iradəsi üzərində tə`sir göstərir və həqiqətdə digərlərinin həm düşüncə, həm də iradəsini ələ keçirirlər. Başqaların onların düşündüklərini düşünür, onlar kimi qərar çıxarır, bir sözlə başqaları onların qarşısında düşüncə və iradə müstəqilliyini itirirlər.
Qur`ani-kərim bizi müstəqil düşünməyə çağırır və böyük şəxsiyyətlərdən kortəbii ardıcıllığı, əbədi bədbəxtliyin səbəbi bilir. Buna görə bu vasitə ilə öz yolundan sapan xalqın dilindən nəql edərək buyurur: Onlar qiyamətdə deyərlər:
ربنا انا اطعنا سادتنا و کبراءنا فاضلونا السبيلا
“Pərvərdigara biz öz böyüklərimizin, ata-babalarımız yolunu getdik və nəticədə onlar bizi gümrah etdilər (yoldan çıxardılar.)”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter