Yerİn hərəkət forması necədir?
Cavab: Yerin kürə formasında olması və onun hərəkəti bu gün elmi təsdiqini tapmış məsələlərdəndir. Hər iki müddəanın sübutu üçün bir çox dəlillər gətirilmişdir. Yerin hərəkətdə olmasının sübuta yetirilməsi üçün belə bir təcrübə aparılmışdır. Ağır bir kürəcik ip vasitəsi ilə uca bir nöqtədən asılmışdır. Cisim hərəkətə gətirilmiş və onun hərəkəti uzun müddət izlənilmişdir.Əgər yer hərəkətsiz olsaydı, cisim yalnız bir xətt boyunca hərəkət etməli idi. Amma təcrübədən məlum oldu ki, həmin kürəcik vaxt ötdükcə öz hərəkət istiqamətini dəyişir. Bunun səbəbi yerin hərəkətdə olması idi. Eləcə də, çox yuxarıdan atılmış bir daş parçası yerə doğru düz xətt boyunca hərəkət etmir. Həmin daş azca da olsa, qərbə doğru meyl edir. Bu təcrübə də yerin hərəkətdə olmasını göstərir.
Bəs nə üçün Oğlaq bürcü daim bir yerdə olur? Çünki bu bürc təqribən yer kürəsinin oxu istiqamətində yerləşir. Başqa bir misal göstərək. Əgər iynəni almanın mərkəzinə batırıb, almanı həmin iynə ətrafında fırlatsaq, iynənin uc nöqtəsi dəyişməz qalacaq. Bu səbəblərdən qütb ulduzu, Oğlaq bürcü daim sabit şəkildə görünür. Eləcə də yer kürə şəklində olduğundan biz yer üzündə haraya getsək, başımızın üstündə səma, ayağımızın altında yeri görəsiyik. Cazibə qüvvəsi bizi daim yer üzündə saxlayır.
Bəzi ulduzlar isə cənub yarımkürəsində göründüyü halda, şimal yarımkürəsində görünmür. Yerin hərəkətdə olmasını sübuta yetirən bəzi ayələri nəzərdən keçirək:
1. “Dağlara baxıb onları hərəkətsiz zənn edərsən. Halbuki onlar buludlar ötüb-keçdiyi kimi ötüb-keçirlər. Bu hər şeyi bacarıqla, yerli-yerində edən Allahın gördüyü işdir.”
Bəzən bu ayənin qiyamətə aid olduğu qeyd edilir. Yəni insan qiyamət günü dağları bu şəkildə müşahidə edər. Amma uyğun ifadənin ardınca Allah-təalanın qüdrətinə işarə olunması göstərir ki, söhbət varlıq aləmindəki nizamdan gedir.
Ayədən belə nəzərə çarpır ki, dağlar da buludlar kimi hərəkətdədirlər. Soruşula bilər ki, nə üçün Allah yer haqqında yox, dağlar haqqında danışır? Məgər dağlar yerə aid deyilmi? Əgər yerin hərəkətinə işarə olunsaydı, bu daha münasib olmazdımı? Gözünüzün qabağına dişli bir çarx gətirin. Bu çarx hərəkətə gəldiyi vaxt həmin dişlər onun hərəkətdə olmasını daha aydın nəzərə çarpdırır. Dişsiz çarxın fırlanmasını hiss etmək çətin olur. Bundan əlavə, dağlar həmişə əzəmət nişanəsi olmuşdur. Bu da məlumdur ki, yer hərəkətə gəlmədən dağlar hərəkət edə bilməz.
Bundan əlavə, ayənin mətnində dağlar hərəkətsiz yox, donmuş kimi təsvir olunur. Bəli, biz dağları yerində donmuş vəziyyətdə görürük. Onlar isə hərəkətdədirlər. Nə üçün Allah-təala dağların hərəkətini buludların hərəkətinə oxşadır? Biz buludların sürətlə hərəkət etdiyini görürük. Ayədə dağların da sürətlə hərəkətdə olduğu bildirilir.
2. O kəs ki yeri sizin üçün asayiş məhəlli qərar verdi.” Quran bizim yeri beşiyə bənzədir. Beşik hərəkətdiə olduğu kimi, yer də hərəkətdədir.