Dünyanın fanİlİyİ barəsİndə Quranda nə deyİlİr?
İnsanın hesaba çəkilən günü əməl dəftərini əlinə verəcəklər. Quran ayələrinə və hədislərə görə, insanın bütün əməlləri, rəftar və danışıqları, hətta niyyətləri belə burada qeydiyyata alınmışdır. “Əlbəttə, ölüləri dirildən və onların əvvəlcədən göndərdiklərini (həyatda olarkən etdikləri əməlləri) və izlərini (qoyub getdiklərini) yazan Bizik”. (“Yasin” 12).
Bu əməl dəftərində insanların ancaq əməlləri və rəftarları deyil, həm də düşüncələri və gecə yarısı həyata keçirdiyi tədbirlər belə qeyd edilər. “Onlar (sənin yanında) «itaət edənlərik» deyirlər. Sənin yanından çıxanda(n sonra isə) onların bir dəstəsi öz gecə yığıncaqlarında, başlarında sənin dediyindən başqasını və özlərinin sənin yanında dediklərindən başqa şey dolandırırlar. Allah onların gecələr başlarında dolandırdıqlarını yazır. Odur ki, onlardan üz döndər və Allaha təvəkkül et”. (“Nisa” 81).
Sirlərini yazar: “(Yada sal) o zaman(ı) ki, (insanın düşüncə və əməllərini) qəbul edən o ikisi (o iki mələk) onun sağında və solunda oturub qəbul edirlər. Dilinə elə bir söz gətirməz ki, (bu zaman) yanında (deyilənləri yazmağa) hazır olan nəzarətçi mələk dayanmasın”. (“Qaf” 17-18).
Şübhəsiz ki, bu əməl dəftəri dünyadakı dəftərlərə və kitablara bənzəməz. Bu cür deyildir ki, onu qələmlə yazarlar. Belə olan halda bir insan ömrünü bir kitaba sığışdırmaq mümkün olmazdı. İnsan ona bir nəzər salmaqla bütün ömründən otub-bitənləri görəcəkdir.
Bəzi alimlərin nəzərinə görə, əməl dəftəri bir rəmzdir. İnsan nəfsinə edilən bir işarədir. İnsan hiss orqanları ilə hər nəyi dərk edirsə, ruhuna təsir qoyar. Onun təsiri dərk orqanlarına da ötürülər. İnsanın yerinə yetirdiyi hər bir pis və yaxşı iş hər - nə qədər az miqdarda olarsa belə, dərkində qeydə alınar. Xüsusilə onlar sifət şəklində nəfsə nüfuz edər və nəfsani mələkə halına düşər. İnsan buna görə İlahi savaba və cəzaya məruz qalar. Ona görə də əməl dəftəri hər bir insanın ruh kitabıdır.
O zamana qədər ki, bu dünyadayıq, bu kitab yığılıb və bağlanmışdır. Ölən zaman isə o, açılar və maneələr aradan qalxar. Həmin günü insana deyilər: “(Ona deyiləcəkdir:) Həqiqətən sən bundan (bu gündən) qafil idin. Biz pərdəni (qəflət pərdəsini) sən(in təfəkkürünün önün)dən kənara çəkdik. Odur ki, bu gün gözün iti görür (Məhşərin vəziyyətini, öz əməllərini və onların cəzasını görəcəksən)”. (“Qaf” 22).
Bəzi alimlərin nəzərinə görə isə əməl dəftəri əməl və həqiqətləri özündə cəm edər. Belə ki, hədislərin bir çoxunda buna işarə edilmişdir. “Hər bir kəs (dünyada) yerinə yetirdiyi xeyir və etdiyi pis əməlləri hazır görəcəyi (həmin əməllərin eynilə Qiyamətə uyğun şəkildə mücəssəm olunacağı) gün arzu edəcək ki, kaş onunla pis əməlləri arasında uzun bir zaman fasiləsi olaydı (Qiyamət təxirə düşəydi). Allah sizi Özündən (Öz əzabından) çəkindirir. Allah Öz bəndələrinə şəfqətlidir”. (“Ali-İmran” 30).
“Və o kitab (hər bir fərdin əməllərinin kitabı əlinə, hər bir ümmətin əməl kitabı gözlərinin önünə və bütün bəşəriyyətin əməllərinin böyük kitabı hamının görə biləcəyi bir yerə) qoyular. Beləliklə günahkarları onda olandan qorxan görərsən. Və onlar deyərlər: «Vay olsun bizə! Bu necə yazıdır ki, heç bir kiçik və böyüyü (bizim zehnimizdən keçirdiklərimizin, qəlbi inanclarımızın və bədənimizin hərəkətlərinin heç birini) yerdə qoymadan, istisnasız hamısını saymışdır!» Onlar (dünyada) etdiklərini (əməllərinin hesabını, əməl zamanı çəkilmiş şəklini, axirət cəzasını, həmin əməllərin öz cism və ruhlarına təsirlərini və onların həmin aləmdəki təcəssümünü) hazır görəcəklər. Sənin Rəbbin heç kəsə zülm etməyəcəkdir”. (“Kəhf” 49).
İnsan özü əməl dəftərində olanlara şəhadət verəcəkdir. “(Ona deyilər:) «Öz (qəlb və bədəninin əməl) kitabını oxu, bu gün sən özün özünün (əməllərinin) hesabını aparmaq üçün kifayətsən”. (İsra” 14).
Bəzilərinin nəzərinə görə isə əməl dəftəri insanın gizli vicadanıdır. Bu günün psixologiya elmi sübut etmişdir ki, insanın gördüyü hər bir əməl onun gizli vicdanına təsir qoyar.