İmamı tanımaq üçün, axtarış nİyə vacİbdir ?


İmamı tanımaq üçün axtarış ona görə vacibdir ki, heç olmasa bu ehtimal irəli sürülə bilər ki, elə bir şəxs olmalıdır ki, ondan itaət etmək Allahın hökmü ilə bizə vacibdir, işlərə rəhbər olmalı, Quranı təfsir edən, hökümləri bəyan edən və camaatın din və dünyasının rəhbəri olmalıdır. Və bu ehtimal ilə onun barəsində axtarış edib və onu tanımağlığa, ağıl bizi məcbur edir. Əgər bu vəzifədə səhlənkarlıq etsək və belə bir şəxs olduqda onu tanımasaq, üzürlü sayılmayacayıq və bu ehtimalı araşdırmağa və onu isbat və inkar etməyə, ağıl və vicdan bizi məcbur edir.

Bu deyilənlər peyğəmbəri tanımağın vacibliyində, bəlkə Allahın vücudu barəsində axtarış etməyin vacibliyində də lazımdır. Heç kim bu cür məsələlər qarşısında laqeydlikdə üzürlü deyil, bu sualların hər birinin cavabı olmalıdır ki, bu dünyanın sahibi və yaradanı kimdir ?

Yaşamaq və həyat ümumiyyətlə puç, batil və naümüd edəndir yoxsa ümid verici, haqq, əbədilik və kamillik yolundadır ? Allah bəndələrini hidayətə ehtiyacları ola-ola necə hidayət etmişdir ? Həmin fitri və əqli hidayətlərlə kifayətlənib yoxsa onlardan əlavə peyğəmbərlər və ilahi elçilər adında, bəzi şəxslərin vasitəsilə, onları etiqadi, əxlaqi və əməli pıroqramlarla hidayət edərək höccəti camaata tamamlayıb və lütfünü kamilləşdirmişdir ? Peyğəmbərdən sonra rəhbərliyə bir şəxsi müəyyənləşdirmişdirmi ? Əgər müəyyənləşdiribsə, təyin olunan şəxs kimdir ? Əgər heç kəs də insanları bu cürə suallarla tanış etməsədə, bu suallar öz-özünə onun üçün qabağa gələcək.

Bunlardan əlavə, İmamı tanımaq barəsində, Quran və hədislər də işarələr ediblər bu ayə kimi:

“Ey iman gətirənlər, Allahdan, peyğəmbərdən və özünüzdən olan əmr sahiblərindən itaət edin.”

Bu ayəyə əsasən, əmr sahiblərindən itaət etməyin vacibliyi məlumdur, və həmin itaət onu tanımadan mümkün deyil. Buna görə də İmamı tanımaq vacibdir.

Deməli heç bir kəs İmamı tanımaqlığı və bu mövzu barəsində axtarışı tərk etməkdə üzürlü sayılmır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter