İmamətİn mənası nədİr və necə şərh və təfsİr olur ?


İmam və İmamət lüğət cəhətdən “um” kəlməsindən, ( hər şey ki,başqa şeylər ona əlavə və nisbət verilir, və ya ondan əmələ gəlirlər, ya ondan ilham alırlar, mənasında) tutulmuşdur. Bir işdə, fikr, etiqad, siyasət, məkan, zaman və dil müştərəkliyi olub, bir-birinə qarışdıqlarına görə, bəlkə də buna görə camaata ümmət deyilir. Və İmamın rəhbər kəlməsinə tərcümə və təfsirinin hamısı buna əsaslanır.

Bəs İmam, ümmət və İmamət, mənada bir-birinə yaxın və bağlıdırlar, hara da ümmət olarsa İmamİmamət də var, İmamsız ümmətin mənası yoxdur. Necə ki, eyni şəhər və məkanda yaşayan, ya eyni zaman və dil əhli olan camaat, baxmayaraq ki, siyasət, cəmiyyət və din cəhətdən bərabər olmasalar da, bəlkə də onlara ümmət demək olar, çünki, İmam kəlməsini dil və məkana aid etmək düzgün deyil və bəlkə qeyri insanda baxmayaraq dini kitab da olsa İmam kəlməsi məcazi cəhətdə işlənir və nəhayət ümmət kəlməsinin vahid rəhbər və İmamı olan camaata deyilməsi əsl mənaya daha uyğun və həqiqətdir. Buna görədə İmam kəlməsinin peyğəmbər və İmama deyilməsi və ümmət kəlməsinin peyğəmbər və İmamın ardıcıllarına deyilməsi həqiqətdir.

Amma ümmət kəlməsinin fars, rum və hind camaatına yaxud quşlar və başqa canlılar sinifinə və ya tövrat və incil ardıcıllarına deyilməsi məcazi mənada olmasada, ümmət kəlməsinin peyğəmbər və İmam ardıcıllarına deyilməsi, kimi həqiqi mənada da deyil.

Deməli vahid bir İmamdan itaət etmək vasitəsilə hamı bir yolda olub və öz İmamlarına nisbət verilən və ondan tabeçilik edən dəstəyə ümmət deyilir. İmam, həmin ona nisbət verilən dəstənin böyükü və rəhbəridir. Bu sözə də işarə edək, necə ki, dedik, lüğət cəhətdən, İmamın haq və ədalətli yaxud batil və zalim olmasına baxmayaraq, İmam o şəxsə deyilir ki, camaat ona nisbət verilir. Amma, hər vaxt ümumi şəkildə İmam deyilirsə, haq İmama deyilir yəni o haq İmam məqsədimizdir.

Bu izahlar lüğət cəhətdən və İmam, İmamət və ümmətin lüğəvi məna və məfhumu cəhətdəndir. Bununla belə deməliyik ki, lüğət kitablarına və məxsusən Qurani-məcid ayələri, nəhcul-bəlağə və hədislərdə daha çox fikirləşib və onlara araşdırmaq üçün müraciət etməyə ehtiyac var.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter