Nə üçün İslamda xüms seyİdlərə verİlməlİdİr? Bu İş bİr növ ayrıseçkİlİk hesab olmurmu?


Bir qrup təfsirçilərin fikrincə, zəkatın vaciblik hökmü Məkkədə nazil oldu və zəkat ödəmək müsəlmanlara vəzifə sayıldı. Lakin İslam Peyğəmbəri (s) Mədinəyə gəlib İslam hökuməti qurduğu zaman Allah tərəfindən xalqdan zəkat yığmaq əmri aldı. Bu vasitə ilə Peyğəmbər (s) cəmiyyətdə imkansızlara kömək etdi. Amma Bəni-Haşimin (seyidlərin) bu büdcədən istifadə etməyə haqqı çatmırdı. Bu göstərişin iki səbəb ola bilər:
1. Peyğəmbərin zəkatı öz yaxınlarının ixtiyarına verməsi müxaliflərin əlində bəhanə olmasın.
Bəni-Haşimin zəkatdan istifadə etməsi başqaları üçün üstünlük, Bəni-Haşim üçün isə kiçiklik hesab oluna bilərdi. Allah-təala məqam və kəramətlərini qorumaq üçün zəkatı onlara haram etdi. Əlbəttə seyidlər bir-birlərinə zəkat verə bilərlər. Çünki bu alış-verişdə üstünlük hissi gözə dəymir. Həzrət Əli (ə) buyurur: “Allah-təala zəkatda bizim üçün heç bir səhm ayırmayıb. O, Peyğəmbər və biz Əhli-beyti (ə) üstün tutub, xalqın malının çirkini yeməyə qoymadı.”
Bu iki səbəb Bəni-Haşimin zəkatdan məhrum olmasına bais oldu. Başqa bir tərəfdən isə seyidlərin arasında işdən düşmüş, yolda qalmış, yetim və s. şəxslər vardır. Bu şəxslər hansısa yolla tə`min olunmalıdır. Allah-təala bu boşluğu doldurmaq və onların hörmətini qorumaq üçün Bədr döyüşündən sonra xüms ayəsini nazil etdi. Beləliklə xüms ehtiyaclı seyidlər üçün ruzi yeri oldu. Əslində İslamda iki büdcə var: Xüms və zəkat büdcəsi. Bu bölgü seyidlərin daha çox səhm əldə etməkləri üçün yox, cəmiyyətdə hörmət və kəramətlərinin qorunması üçündür.
Bundan əlavə, İslam nəzərdə tutur ki, seyidlərin əsil-nəsili silsilə şəklində mə`lum olsun. Peyğəmbər və İmamların xatirəsi qəlblərdə yaşasın. Belə ki, seyidlərə babaları İslam peyğəmbərinə xatir hörmət göstərilsin. ( Mütəhhəri, Mürtəza, “Qur`anla tanışlıq”, 3-cü cild, səh.83.)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter