QƏSR NAMAZININ ŞƏRTLƏRİ NƏDİR?


Müsafir (səfərdə olan şəxs) səfər zamanı səkkiz şərtlə dörd rəkətli namazlarını qəsr (iki rəkət) qılmalıdır. (Bu şərtlərin hər birinin geniş izahını risalələrdə oxuya bilərsiniz.)
Birinci şərt: Səkkiz şər’i fərsəx və ya ondan daha çox yol gedən şəxs;
İkinci şərt: Səfərdən öncə səkkiz fərsəx getmək məqsədi olan şəxs;
Üçüncü şərt: Yolda məqsədini dəyişməyən şəxs;
Dördüncü şərt: Səkkiz fərsəx tamamlanmamış vətənindən ötüb keçmək istəməyən və ya on gün, yaxud daha artıq bir yerdə qalmaq məqsədi olmayan şəxs;
Beşinci şərt: Haram iş üçün səfərə çıxmayan və ya günah səfər etməyən şəxs;
Altıncı şərt: Köçəri tayfalardan olmayan şəxs;
Yeddinci şərt: Sənəti səfərə çıxmaqla şərtlənməyən şəxs;
Səkkizinci şərt: Tərəxxüs həddinə çatan şəxs. (Tərəxxüs həddi elə bir yerdir ki, insan şəhərin divarlarını görmür və azan səsini eşitmir.)[Həzrət İmam, “Tovzihul-məsail”.]


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter