İMAMƏTİN ÖZƏL XÜSUSİYYƏTLƏRİ HANSILARDIR?


Əhli-beyt məktəbinə görə İmamətin bir neçə xüsusiyyəti vardır ki, onların bə\'zisi aşağıdakılardan ibarətdir:
1-İmamın Allah tərəfindən tə\'yin olunması:
Şiə məzhəbi İmamın seçkilər (müsəlmanlar icması) yolu ilə deyil, məhz Allah tərəfindən tə\'yin edilməsinə əqidə bəsləyir. Allah təalanın tə\'yin etdiyi şəxs isə, peyğəmbərin (s) vasitəsi ilə xalqa çatdırılır. Həzrət Mühəmməd səlləllahu ələyhi və alihi və səlləm öz həyatında dəfələrlə özündən sonra gələn İmamları (rəhbərləri) ümmətə tanıtdırmış və bu mühüm işə tə\'kid etmişdir.

2-İmamın ilahi biliklərə yiyələnməsi:
Həzrət peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm ilahi biliklərə malik olduğu kimi, ondan sonra gələn ümmət rəhbəri də ilahi mənbələrlə rabitəli və xalqın ən bilicisi olmalıdır.

3-İmamın mə\'sum olması:
Həzrət Peyğəmbərin günah və səhvlərdən mə\'sum olması zəruri olduğu kimi, xalqa rəhbərlik edən İmamın da mə\'sum olması vacibdir. Əks təqdirdə, xalqın azğınlığa çəkilib hidayət yolundan kənarlaşması kimi acı nəticələr verə bilər. Nəticədə isə insanların hidayəti üçün göndərilmiş din və şəriət təhrif olub, öz dəyərini itirər.

4-İmamın ədalətli olması:
Xalqın İslam dininin də\'vət etdiyi qanunlara riayət edib, cəmiyyətdə ədaləti bərpa etməsi, ədalətsiz İmamın rəhbərliyi ilə mümkün deyildir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter