VƏZİFƏLİLİK (BÜLUĞ HƏDDİ) VƏ ONUN ŞƏRTLƏRİ NƏDİR?


İbadət və onun əhəmiyyətini bəyan etdikdən sonra, ibadət edən şəxsin hansı şəraitdə olmasını bilməliyik.
Yetkinlik (büluğ həddi) insan üçün böyük imtiyazdır. İnsan ilahi lütf əldə etməyə, Allahın göstərişlərini yerinə yetirməyə və yer üzündə Onun əmanətdarı olmağa layiq görülmüşdür. İnsana seçim imkanı verən bu xüsusiyyət onun iftixarlarındandır. Bu mərhələyə çatarkən bayram etmək lazımdır.
Alimlərdən biri həmişə öz yetkinliyə çatmasının il dönümünü bayram keçirirdi. O belə deyirdi: “Bu gün ilahi hökmləri yerinə yetirmək və məs’uliyyət qəbul etmək ləyaqəti qazanmışam!”
Necə ki, xalq dövlət başçısı, millət vəkili və ya səfir seçilən şəxsləri təbrik edir. Çünki bu şəxslər xalqın məs’uliyyətini öhdələrinə götürürlər. Yetkinlik yaşına çatmaq və Allah tərəfindən məs’uliyyət qəbul etmək də mübarək gündür.
Qısa şəkildə vəzifəlilik şərtlərinə işarə edək:

1. Yetkinlik (büluğ həddi)
Oğlanlar qəməri ili ilə 15 yaşda, qızlar isə 9 yaşda yetkinlik yaşına çatırlar. Əlbəttə, bu yaşdan öncə də vəzifəlilik yaşına çatmaq mümkündür.[İmam Rahilin “Tovzihul-məsail”inin 2252-ci məsələsində bu barədə izah verilmişdir..] Vaciblərin yerinə yetirilməsi, haramlardan çəkinməklə nəticələnən yetkinlikdən əlavə yetkinlik hədləri də vardır. Məsələn, “siyasi yetkinlik” fikir inkişafı, cəmiyyətdə siyasi məsələlərdə agahlıq, doğru düşüncə tərzi və layiqli rəhbərlərə itaət mə’nasını bildirir. Kərbəlada şəhid olmuş İmam Həsən Müctəbanın (ə) övladı Qasim mə’sum İmam olan əmisinə deyir: “Əgər hökumət Yəzid kimi zalımın əlinə keçərsə, onunla mübarizə yolunda ölüm mənim üçün baldan da şirindir.” Bu onun siyasi yetkinliyə çatmasını göstərir.
“İqtisadi yetkinlik” dedikdə insanın başqalarına və özünə aid maldan düzgün istifadə bacarığı əldə etməsi nəzərdə tutulur. Qur’ani-kərim buyurur: Yetimlərin mallarını o zaman özlərinə təhvil verin ki, lazımı inkişafa çatıb, mallarından ağıllı şəkildə ticarət işlərinə sərf edə bilsinlər: “Əgər ağıla dolduqlarını hiss etsəniz, mallarını özlərinə qaytarın.”[“Nisa” surəsi, ayə 6.]
“İzdivac yetkinliyi” dedikdə oğlan və qızın büluğ həddinə çatmaqla yanaşı yaşayışı idarə edib, məs’uliyyətli olması başa düşülür. Çünki bu məs’uliyyətin qəbulu üçün yalnız cinsi yetkinlik və qanuni yaş həddi kifayət deyil.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter