AXİRƏT ALƏMİNİN KEYFİYYƏTİ NECƏDİR?


Bə\'ziləri Axirət aləminin cismani, digərləri isə ruhani olduğunu iddia etmişlər ki, bir sıra Qur\'an ayələri, həmçinin rəvayətlərə əsasən Axirət aləmi həm cismani həm də ruhani olacaqdır.
Çünki bir sıra Qur\'an ayələri Axirətdə əl və ayaqların şəhadət verməsi və bədən üzvlərinin dil açıb, danışmasından xəbər verir. Məsələn:
«Bu gün (Axirət aləmində) kafirlərin ağzına sükut möhrü vurular, dilləri dilə gəlib bizlə danışar və ayaqları etdiklərindən şəhadət verər.»[1]
Gördüyünüz kimi bu ayə Axirət aləminin cismani olduğunu yetirir. Digər tərəfdən də bə\'zi ayələr Axirət aləmində günahkarların həsrət çəkməsi, cəhənnəm odunda yanması və ruha aid sair hadisələrdən söz açır ki, ruhsuz insan heç vaxt belə əzabları dərk etməz və heç bir ağrını hiss edə bilməz. Məsələn:
«(Ey peyğəmbər!) Zülmkarları həsrət günündən qorxut ki, o vaxt onların əzab olunmaqlarına Hökm olunacaq. Bir halda ki, onlar (bu dunyada) qəflətə düşüb iman gətirmirlər.»[2]
Əllamə Hilli (r.ə) bu haqda buyurur:
«Bütün müsəlmanlar Axirət aləminin cismani olması əqidəsindədirlər. Çünki əks təqdirdə (bir sıra əməllər və) təkliflərin yerinə yetirilməsi (məntiqsiz və) ağlabatmaz olacaqdır.»[3]
Beləliklə də cisim təklikdə heç bir şeyi dərk etmədiyinə görə, Axirət aləmi həm cismani, həm də ruhani olacaqdır.

[1]«Yasin» surəsi, ayə.65
[2]«Məryəm» surəsi, ayə.40
[3]«Əlbabul-hadi əşər»,7-ci fəsil, səh.105


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter