Əməllərİn hesabında həqİqİ yoxsul kİm olacaqdır?


İnsanların çoxu Qiyamət günü görəcəklər ki, əllərində heç bir şey qalmamışdır. Dilənçilik etməyə başlayacaq və insanlardan yardım diləyəcəklər. Həm yaxşılardan və həm də pislərdən kömək istəyəcəklər. Şeytandan da kömək diləyən olacaqdır. Mələklərdən kömək istəyəcəklər. Allahdan kömək istəyəcəklər.

“(Həmin) o gün ki, münafiq kişi və qadınlar (məhşər əhlinin məxsus hədəf istiqamətindəki yolunda) iman gətirənlərə deyəcəklər: «Bizə görə (bir az) dayanın və möhlət verin və ya bizə tərəf baxın ki, nurunuzdan işıq götürək». Onlara deyiləcək: «Geriyə (dünyaya) qayıdın və (orada) nur axtarın». Həmin vaxt onların (mömin və münafiqlərin) arasında qapısı olan divar çəkiləcək. Onun (cənnətə sarı olan) içəri tərəfində mərhəmət, (cəhənnəmə sarı olan) çölündə isə o tərəfdən əzab vardır”. (“Hədid” 13).

“Və Cəhənnəm əhli Cənnət əhlini səsləyəcək ki: «Sudan və ya Allahın sizə verdiyi ruzidən bizim üstümüzə tökün». Deyəcəklər: «Həqiqətən Allah bu ikisini kafirlərə haram etmişdir»”. (“Əraf” 50).

“Onlar möminləri «məgər biz dünyada sizinlə deyildik?» (deyə) səsləyəcəklər. (Möminlər) deyəcəklər: «Bəli, lakin siz özünüzü həlakətə atdınız, (möminlər üçün hər cür fəlakət, şər) gözlədiniz, (haqq dinə) şübhə etdiniz, (batil) arzular sizi məğrur etdi və nəhayət, Allahın (sizin məhviniz barəsindəki) əmri gəlib yetişdi və yalançı şeytan sizi Allah barəsində aldatdı»”. (“Hədid” 14).


Qiyamət elə bir yerdir ki, insanın bütün əməlləri tərəziyə qoyular və əgər əməlləri ağır gələrsə, həmin şəxsin nicat tapması üçün bir şans olar.

İmam Səccad (ə) buyurur: “Allahım, əgər zalımın üzünə gülümsəmişəmsə, məni bağışla. Zalımın üzünə gülümsəmək olmaz”.

İmam (ə) bir nəfərə buyurur: “Sən dəvələrini Harun Rəşidə vermisən”. Deyir: Bəli. Buyurur: “Sən istəyirsənmi ki, Harun sağ olsun və dəvələrinin kirayə pulunu sənə versin?”. Deyir: Bəli. İmam (ə) buyurur: “Harunun sağ olmasını hər nə qədər istəyirsənsə, bir o qədər günah işlədirsən. Sən gərək Harunun bir dəqiqə belə sağ olmasını istəməyəsən. Ancaq sən istəyirsən ki, o, sağ qalsın və ondan kirayəni alasan”.

Qiyamət günü əliboş olanlar şeytandan yardım diləyərlər və şeytan onlara deyər: “(Qiyamət günü) iş tamam olduqda(n və cəhənnəmliklər öz yerlərini tutduqdan sonra böyük) Şeytan (və birinci İblis bütün cəhənnəm əhlinə xitab edərək) deyər: «Həqiqətən, Allah sizə haqq vəd verdi (onların hamısı gerçəkləşdi). Və mən sizə vəd verdim və vədimə xilaf çıxdım (heç biri həyata keçmədi). Mənim (dünyada) sizin üzərinizdə, sizi dəvət etməkdən başqa heç bir hökmranlığım yox idi və siz (də) mənim dəvətimi qəbul etdiniz. Odur ki, məni məzəmmət etməyin, özünüzü məzəmmət edin. İndi nə mən sizin dadınıza yetişənəm və nə (də) siz mənim dadıma yetişənsiniz. Mən bundan qabaq məni itaətdə Allaha şərik qoşmağınıza kafirəm. Həqiqətən, zalımlar üçün ağrılı bir əzab vardır»”. (“İbrahim” surəsi, 22-ci ayə).

Mələklərdən yardım diləyər və cəhənnəm mələkləri onlara deyərlər: “(Gözətçilər) deyərlər: «Məgər peyğəmbərləriniz (dünyada) sizə aydın dəlillər gətirmirdilər?» Onlar deyərlər: «Bəli!» (Gözətçilər) deyərlər: «Belə isə (Allahı özünüz) çağırın və (bilin ki,) kafirlərin çağırışları yalnız azğınlıqda olacaqdır»”. (“Ğafir” 50).

Allahdan yardım diləyərlər və Allah buyurar: “(Allah) buyurar: “Orada zəlil vəziyyətdə sakit və uzaq olun, Mənimlə əsla danışmayın!””. (“Muminun” 108).

Beləliklə, hələ ki, fürsət var, əməllərimizin sayını artıraq və Qiyamət günü əliboş qalmayaq. (Tebyan/ Deyerler.org)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter